Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:02

Vikinqlərin talançı yürüşlərinin səbəbi qız qaçırıb evlənmək imiş


Vikinq döyüşçüləri.

Vikinq döyüşçüləri.

Ana vətənləri Skandinaviya olan vikinqlərin vəhşi və talançı yürüşlərini müxtəlif nəzəriyyələrlə izah edirlər. Kanadanın Simon Fraser Universitetinin bir qrup alimi bu haqda növbəti hipotezi irəli sürüblər. Onların fikirlərinə görə vikinqlər qız qaçırmağa gedirmişlər, çünki o dövrdə Skandinaviyada qadınlar kişilərə çatmırdı. Bu haqda ingilis "The Telegrpah" qəzeti yazır.

Qeyd etmək lazımdır ki, bu nəzəriyyə heç də yeni deyil, hələ min il əvvəl bu iddianı normand tarixçisi Dudon de Saint-Quentin “Normandların tarixi” adlı kitabından ortaya atmışdı. Ancaq bu nəzəriyyə həmişə başqa daha ağlabatan nəzəriyyələr qarşısında diqqətdən kənar qalırdı.

Buna da bax: İsveçdə IX əsr məzarından tapılan üzükdə Allahın adı yazılıb

Şotlandiyada festivalda tarixi vikinq döyüşçüsünün bənzəri.

Şotlandiyada festivalda tarixi vikinq döyüşçüsünün bənzəri.

Digər nəzəriyyələrə görə vikinqlər daha isti ölkələrə, məhsuldar torpaqlar tapmağa, bu yolla xaqlarının sayını artırmağa gedirdilər. Başqa bir nəzəriyyə isə vikinqlərin gəmiqayırma və dənizçilik vərdişlərini təcrübədən keçirmək üçün uzun dəniz səfərlərinə çıxdığını iddia edir.

Ancaq bu zaman çoxlu suallar ortaya çıxır və nəzəriyyələr bir-birini inkar edir. Məsəlçün, alimlər soruşur, dənizçilik sənətini öyrənərək sülh içində ticarətlə məşğul olmaq varkən, başqa ölkələri talamağa nə hacət.

Simon Fraser Universitetindən olan tədqiqatçı qrupa başçılıq edən tarixçi alim Mark Collard belə nəticəyə gəlib ki, vikinqlərin talançı səfərlərinin yeganə məntiqli izahı eynilə tarixçi Dudo iddia etdiyi kimi qadın tapmaq idi.

Skandinaviyada qadın çatışmamazlığı da qəribə səbəbdən ortaya çıxıbmış. Sən demə bu ölkədə varlı və nüfuzlu kişiləri öz ətraflarına çoxlu qadın toplayırlarmış, nəticədə yerdə qalan kişilər qadınsız qalırmış. Kanadalı alimlərin fikrincə, kişilərin çoxu, xüsusilə də gənclər cəmiyyətdə mənsəb, hörmət və var-dövlət əldə etmək üçün soyğunçu yürüşlərdə iştirak edirdilər. Həmçinin onlar yürüşlər zamanı qızları qaçıraraq sonra onlarla evlənirdilər.

Buna da bax: Bütün zamanların ən zəngin 10 adamı

O dövrün tarixi mənbələrindən məlumdur ki, dünyanın çox yerində həmçinin Skandinaviya yarmadasında çoxarvadlılıq yayılıbmış. Bundan əlavə vikinqlər arasında qadın kölələr saxlamaq adəti də vardı.

Bütün bunlar tarixi mənbələr və bir çox arxeoloji tapıntılar vikinqlərin yürüşlərinin əsas səbəbinin soyğunçuluq və qız qaçırmaq olmasını göstərir. Ancaq Mark Collard bu hipotezin də tam həqiqətə uyğun olduğunu deməkdə çəkinlik çəkir.

O" Live Science" dərgisinə verdiyi müsahibəsində deyir ki, rus və baltik torpaqları tərəfdən gələn ticarət yolları vikinqlərin həyat səviyyəsini yüksəldib və bu cəmiyyətdə bərabərsizliyi dərinləşdirib.

“Bu həqiqətəuyğun izahdır, axı cəmiyyətdə kişilər arasında rəqabət artmağa başlayır. Ancaq əminəm ki, başqa həlledici faktorlar da olub, sadəcə biz hələ onları düşünüb tapmamışıq” – deyə Mark Collard danışıb.

Şərhləri göstər

XS
SM
MD
LG