Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:04

Bakı Apelyasiya Məhkəməsi noyabrın 11-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) inzibati həbs cəzası almış üzvü Samir Məmmədovun şikayətini təmin etməyib.

Bu haqda gəncin vəkili Əsabəli Mustafayev məlumat verib.

Vəkilin bildirdiyinə görə, məhkəmə müdafiə tərəfinin arqumentlərini qəbul etməyib. Gənc cəbhəçiyə 30 sutka inzibati həbs cəzasının verilməsini nəzərdə tutan məhkəmə qərarı qüvvədə saxlanıb.

Buna da bax:​ Gənc fəallar polisə tabe olmamaqda günahlandırılıb

Vəkil iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəklərini bildirib.

AXCP Gənclər Komitəsinin Yasamal rayon şöbəsinin üzvü Samir Məmmədov noyabrın 3-də səhər saatlarında saxlanmışdı. Onun Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə aparıldığını bildirilirdi.

Saxlanmasından bir neçə gün sonra bəlli olmuşdu ki, cəbhəçiyə inzibati qaydada 30 sutka həbs cəzası verilib. Onun polisin qanuni tələbinə əməl etməməkdə günahlandırıldığı bildirilir.

Buna da bax:​ Gəncədə saxlanan gənclərdən xəbər var

Hazırda AXCP-nin 10-dan çox üzvü həbsdədir. AXCP-nin daha bir neçə fəalı isə inzibati qaydada həbs edilib.

Partiya onların siyasi sifarişlə həbs edildiyini bəyan edib. Ancaq Azərbaycan hakimiyyəti ölkədə siyasi motivlərlə həbslərin aparılması ilə bağlı fikirləri qəbul etmir. Hakimiyyət rəsmilərinin fikrincə, onlar məhz törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG