Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:11

Müxalifətçinin valideynləri övladlarından imtina edə bilər


Youth activist Mehemmed Mirzali (Mahammad Mirzeli)

Youth activist Mehemmed Mirzali (Mahammad Mirzeli)

“Səhər tezdən (11 noyabr) atamı, arxasınca anamı Göyçay rayon polis şöbəsinə aparıblar. Atama nə qədər zəng etsəm də telefonu götürmədi”.

Bunu Fransada siyasi mühacirlik həyatı yaşayan ictimai fəal Məhəmməd Mirzəli noyabrın 11-də özünün Facebook səhifəsində yazıb.

“Mübarizəmdən dönmən deyiləm”

Hökuməti sərt tənqidi statuslar yazan M. Mirzəli deyir ki, valideynlərini övladlarından imtina etməyə vadar edirlər.

“Onlara deyiblər ki, oğluna söylə, ağıllı olsun, hökumət əleyhinə yazmaqdan əl çəksin. Təhdid ediblər ki, atamla anam məni övladlıqda çıxarsın. Mən də onlara bildirdim ki, istəyirlərsə bunu etsinlər. Mən öz mübarizəmdən dönən deyiləm”, siyasi mühacir deyib.

Buna da bax:​ ''Heydəristan'ı fransızca yazacam'

Məhkəməyə gedəcəyik,...

Onun valideynləri noyabrın 11-də polisə çağrıldıqlarını təsdiqləyiblər. Ancaq detallı danışmaqdan imtina ediblər.

M.Mirzəlinin atası Fazil Mirzəliyev deyib ki, başqa çarələri qalmayıb.

“Birinci gün məhkəməyə gedəcəyik. Övladımızdan imtina etmək üçün...”, deyə o, bildirib...

Göyçay rayon polis şöbəsindən, hələlik, bu deyilənlərə münasibət almaq mümkün olmayıb.

Buna da bax: "Hakimiyyət müxalifəti çörəklə imtahana çəkir"

Xatırlatma

Məhəmməd Mirzəlinin 22 yaşı var. 4 ildir ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvüdür.

Özünün yazdığına görə, o, Göyçayda “Əsgər ölümlərinə son!” aksiyasının təşkilatçısı olub. Bundan sonra hüquq mühafizə qurumlarının qara siyahısına düşüb.

2013-cü ildə polisə aparıldığını, döyüldüyünü, atasının da dəfələrlə polisə çağırılaraq hədələndiyini deyir.

Yerli hüquq müdafiəçiləri dəfələrlə bildiriblər ki, siyasi fəaliyyətinə görə, fəalların yaxınları da təqiblərə məruz qalırlar.

Buna da bax:​ BMT Azərbaycandakı insan haqlarının durumundan narahatdır

“Azadlıq” qəzetinin baş redaktoru, hazırda Fransada siyasi mühacir olan Qənimət Zahid həbs edilən iki qohumunun onun hakimiyyətə tənqidi münasibətinə görə cəzalandırıldığını bildirib.

Yazar Günel Mövlud da narkotik ittihamı ilə həbs edilən iki qardaşının həbsini öz fəaliyyəti ilə izah edib. Onun qardaşları bir neçə aylıq həbsdən sonra azad ediliblər.

AXCP üzvü Natiq Ədilovun qardaşı Murad Ədilov da həbsdədir. Siyasi mühacir olan Natiq Ədilov qardaşının həbsini özünün siyasi fəaliyyətinə bağlayır.

Ancaq hakimiyyət rəsmiləri siyasi fəallar və müstəqil jurnalistlərin yaxınlarına təzyiqlər olması ilə bağlı şikayətləri əsasız sayırlar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG