Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:45

"Yarımçıq işlərim olmasa ölməyə hazıram" - deyən Cohen dünyasını dəyişdi


Kanada şairi və müğənnisi Leonard Cohen, 2012-ci il.

Kanada şairi və müğənnisi Leonard Cohen, 2012-ci il.

Kanadlı müğənni, şair və yazıçı Leonard Cohen noyabrın 10-da dünyasını dəyişib. Bu haqda onun rəsmi Facebook hesabında məlumat yayılıb.

"Dərin hüznlə, əfsanəvi şair, bəstəkar və müğənni Leonard Cohenin bizi tərk etməsi xəbərini veririk. Biz ən musiqinin ən hörmətli və məhsuldar simalarından birini itirdik" - məlumatda deyilir. Cohenlə vidalaşma mərasimi yaxın günlərdə Los-Angelesdə olacağı deyilir.

Buna da bax: Nina Simone-yə görə "Azadlığın" tərifi

Xatırladaq ki, Cohenin 82 yaşı vardı. O ölümündən bir aydan da az vaxt öncə, oktyabr ayında yeni 14-cü albomunu buraxmışdı, albom "You Want It Darker".

"Bu yaxınlarda, ölməyə hazır olduğumu demişdim". Ancaq deyəsən bir az şişirtmişəm. Həmişə vəziyyəti dramatikləşdirirəm. Əslində isə bədi yaşamaq arzusundayam" - deyə Cohen Los-Angelesdə yeni albomunun təqdimat mərasimində danışmışdı.

O oktyabrın əvvəlində ölməyə hazır olduğunu, ancaq əvvəlcə əlində olan yarımçıq işləri bitirmək gərəkdiyini bildirmişdi.

Leonard Cohen çoxlu mahnılar yazmaqla bərabər, iki roman və şeir toplularını da buraxıb. Onun ilk şeirlər kitabı 1956-cı ildə, ilk romanı isə 1963-cü ildə işıq üzü görüb.

Buna da bax: Mahnı sözləri yazaraq Nobel alan ilk şair Bob Dylan deyil Taqoruymuş

O müxtəlif illərdə, müxtəlif musiqi janrlarına - folk, pop, kabare janrına meyl edib. Ona ən böyük məşhurluğu Hallelujah mahnısı gətirmişdi, bu mahnı indi dünyanın müxtəlif dillərində, müxtəlif müəlliflər tərəfindən ifa olunur. Dəfələrlə müxtəlif filmlərdə soundtrack kimi istifadə olunub. Cohenin yaradıcılığı bir çox şair və musiqiçiyə təsir edib.

Leonard Cohenə dünya şöhrəti gətirmiş "Hallelujah" mahnısı.

1990-cı ildə Cohen on illiyinə musiqidən uzaqlaşıb və Kaliforniyada zen-buddist monastrında yaşayıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG