Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:29

Nəsimi Rayon Məhkəməsi Azərbaycan xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Fuad Əhmədlinin həbs müddətini artırıb.

Bu haqda onun vəkili Əsabəli Mustafayev məlumat verib.

Məhkəmənin noyabrın 11-də verdiyi qərara əsasən, Bakı İstintaq Təcridxanasında saxlanılan gənc gələn il yanvarın 12-dək həbsdə tutulacaq.

Buna da bax:​ Fuad Əhmədliyə görüş verilib

Vəkilin bildirdiyinə görə, həbs müddətinin uzadılmasını prokurorluq istəyib. Məhkəmə prokurorluğun təqdimatını olduğu kimi təmin edib.

AXCP fəalının müdafiəçilərinin həbs müddətinin uzadılmasına etirazların arqumentləri diqqətə alınmayıb.

F.Əhmədli avqustun 18-də saxlanıb. O Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

Buna da bax:​ Vəkil: 'Fuad Əhmədli ilə bağlı istintaq aparılmır'

Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluğun məlumatında deyilirdi ki, «Azerfon» MMC-də zənglər mərkəzində operator işləyən F.Əhmədli abunəçilərə aid fərdi məlumatları, antenalar üzrə olduqları yerləri müəyyən adamlara ötürüb.

İddiaya görə, onun yaşadığı evdən axtarış zamanı qanunvericiliklə qadağan edilmiş dini ədəbiyyat, CD-disklər, Fethullah Gülen-in çıxışları, «Hizmet imamları» adlandırılan şəxslər və onların qarşılıqlı əlaqələrinə dair sənədlər götürülüb.

Müdafiə tərəfi ittihamları əsassız adlandırıb.

AXCP isə bəyan edib ki, F.Əhmədlinin ittiham olunmasında məqsəd partiya sədri Əli Kərimlini hədəf almaq olub

Buna da bax: Gənc 'gülençi' ittihamını gülüşlə qarşıladı

Türkiyə hökumət rəsmiləri Fethullah Güleni bu ölkədə iyulun 15-də baş verən çevriliş cəhdini himayə etməkdə günahlandırır. Hazırda ABŞ-da yaşayan ilahiyyatçı F. Gülen isə bu ittihamı yalanlayıb.

Azərbaycanda da F. Gülen hərəkatına yaxın olduğu iddia edilən bir neçə şəxs saxlanıb. Onlar müxalifətçilərdir.

AXCP hesab edir ki, hakimiyyət belə əsassız iddialarla gerçək siyasi rəqiblərini hədəf alıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG