Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:17

“Cumhuriyet” qəzetinin icra qurumunun rəhbəri Akın Atalay da saxlandı


Foto arxiv

Foto arxiv

“Cumhuriyet” qəzetinin icra qurumunun rəhbəri Akın Atalay saxlanıb.

Bu barədə noyabrın 11-də Türkiyə mətbuatı məlumat yayıb.

Almaniyada olan jurnalist Berlindən Türkiyəyə dönərkən Atatürk hava limanında saxlanıb.

Türkiyə məhkəməsi bu günlərdə “Cumhuriyet” qəzeti-nin 9 jurnalisti, o cümlədən, qəzetin baş redaktoru Murat Sabunçu barəsində həbs qərarı verib.

Prokurorluq qəzeti PKK və 15 iyul qiyam cəhdinin təşkilində ittiham olunan Fətullah Gülen hərəkatı ilə əlbir olmaqda günahlandırır.

“Cumhuriyet”qəzeti 1924-cü il mayın 5-dən dərc olunur.

Qəzetin əməkdaşları 15 iyul qiyamından əvvəl də hüquq-mühavizəorqanları tərəfindən təqib olunurdu.

Keçmiş baş redaktor Can Dundar ilin əvvəllərində dövlət sirrini yayma ittihamı ilə 6 il azadlıqdan məhrum edilib.

Həmin yazı Türkiyənin Suriyada keçirdiyi əmliyyat barədə idi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG