Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:58

Bakı Apelyasiya Məhkəməsi noyabrın 10-da hüquq müdafiəçisi Rəsul Cəfərovun üzərindən məhkumluğun götürülməsi ilə bağlı şikayətini təmin etməyib.

R.Cəfərov bildirib ki, məhkumluğun götürülməməsi onun hüquqlarını, ictimai vəzifə ilə məşğul olmaq, Vəkillər Kollegiyasına üzv seçilmək imkanlarını məhdudlaşdırır.

Buna da bax:​ Keçmiş 'vicdan məhbusu' məhkumluğunun götürülməsini istəyir

Hüquq müdafiəçisi onun bank hesabına həbsin davam etməsi və ölkədən çıxış-giriş zamanı hərtərəfli axtarış prosedurunu nəzərə alaraq bu imtinanı təzyiq kimi qiymətləndirir.

R.Cəfərovun hüquqi təmsilçisi Samirə Ağayeva hesab edir ki, məhkəmələrin R.Cəfərovun üzərindən məhkumluğu götürməsinə əsas olub.

S. Ağayevanın deməsinə görə, Avropa İnsan Hüquqları Məhkəməsi R.Cəfərovun Avropa Konvensiyasının 5-ci maddəsi üzrə hüquqlarının (azadlıq və şəxsi toxunulmazlıq hüququ) pozulmasını tanıyıb ki, bu da həbsin qanunsuz olması deməkdir. Digər tərəfdən, o əfv edilib . Bu isə bütün cəza formalarını onun üzərindən götürür.

Buna da bax: Azərbaycanın hüquq müdafiəçiləri Yaqlanda müraciət etdi

R.Cəfərov “Demokratiya naminə incəsənət” kampaniyasının koordinatoru və İnsan Hüquqları Klubunun rəhbəri olub. 2014-cü il avqustun 2-də qanunsuz sahibkarlıq və vergidən yayınma ittihamı saxlanıb.

2015-ci il aprelin 15-də R.Cəfərov 6,5 il müddətinə həbs olunub. Həmin ilin iyulunda onun həbs müddəti 3 ay azaldılmışdı.

2016-cı il martım 17-də isə dövlət başçısının sərəncamı ilə R. Cəfərov əfv edilib.

Buna da bax: Həbslərlə nəyə nail olmaq istəyirlər?

Yasamal Rayon Məhkəməsi bundan əvvəl hüquq müdafiəçisinin məhkumluğun götürülməsi barədə xahişini təmin etməmişdi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG