Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:38

Bakı və Abşeron ərazisində analoq televiziya yayımının dayandırılmasından sonra yaradılan «Qaynar xətt»ə daxil olan müraciətlərin sayı açıqlanıb.

«Report» Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinə istinadən bildirir ki, noyabrın 1-dən əhalidən 40 minə yaxın zəng qəbul olunub.

Əhali «qaynar xətt»ə daha çox dekoder və TRT-1 kanalının yayımı ilə bağlı suallar ünvanlayıb.

Noyabrın 1-dən Bakı və Abşeron yarımadası ərazisində analoq yayım dayandırılıb. Bundan sonra bir çox köhnə televizorların olduğu evlərdə kanalları yenidən izləməkdən ötrü dekoder almaq ehtiyacı yaranıb. Ancaq ilk günlərdə heç də dekoder tapmaq elə də asan olmayıb. Dekabrın 1-dən isə bütün ölkədə analoq yayım dayandırılacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG