Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:59

Bu ilin yanvar-oktyabr aylarında «Bakı Fond Birjası» QSC-də (BFB) bütün maliyyə alətləri üzrə 4.403 milyard manatlıq əqd bağlanılıb. «Report» xəbəri BFB-yə istinadən yayıb.

Xəbərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 44.7 faiz azdır. Son bir ildə bağlanmış əqdlərin sayı isə 18 faiz azalaraq, 36385-ə düşüb.

Birjanın ümumi dövriyyəsinin 81.8 faizi və yaxud 3.603 milyard manatı törəmə maliyyə alətlərinin (valyuta, əmtəə) payına düşüb. Bu, illik müqayisədə 38.9 faiz azdır.

Cari ilin ilk 10 ayında Maliyyə Nazirliyinin buraxdığı dövlət istiqrazları isə fond bazarının 10.3 faizini və yaxud 455 milyon manatlıq hissəsini əhatə edib.

Xəbərdə qeyd edilir ki, səhm bazarının həcmi 57.4 faiz azalaraq, 117 milyon manat təşkil edib. İstiqraz bazarının həcmi isə 86.3 faiz azalıb. Bu rəqəm isə 226 milyon manata düşüb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG