Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:17

Almaniyanın müdafiə naziri ABŞ prezidenti seçilmiş Donald Trump-a xəbərdarlıq edib. O, Trump-a Rusiyaya çox yaxınlaşmamağı, NATO-ya isə ciddi yanaşmağı, bu qurumla ticarət malı kimi davranmamağı məsləhət görüb.

«Ümid edirik ki, müşavirləri ona deyəcək və o özü də öyrənəcək ki, NATO bir ticarət müəssisəsi, bir şirkət deyil». - Almaniyanın müdafiə naziri Ursula von der Leyen belə deyib. O, NATO-un ümumi dəyərlərə və tarixi təcrübəyə əsaslanaraq idarə olunduğunu vurğulayıb.

D.Trump seçki kampaniyası zamanı demişdi ki, avropadakılar müdafiə məsələlərinə kifayət qədər vəsait xərcləməsələr, onlarla müttəfiqlikdən imtina edəcək. Von der Leyen NATO-nun həmişə ABŞ-ın tərəfində olduğunu söyləyib. «İndi Donald Trump kimin tərəfində olduğunu açıq deməlidir. Qanun , sülh və demokratiyanın tərəfindədir, yoxsa bütün bunlar onun vecinə deyil, sadəcə, özünə yaxşı dost axtarır? Bunu aydınlaşdırmalıdır».

Avropa liderlərinin narahatlığına səbəb Trump-ın seçki kampaniyası zamanı Putin-i tərifləməsi, Rusiyayla münasibətləri yaxşılaşdıracağını vəd etməsidir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG