Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:25

«Amnesty International» İraq ordusunun Mosul yaxınlığında kəndliləri öldürməsi, bəzilərinə işgəncə verməsiylə bağlı faktlar topladığını bildirir.

Beynəlxalq insan haqları təşkilatı «Amnesty International»ın əldə etdiyi məlumata görə, əsgərlər oktyabrın sonunda Mosul ətrafındakı bir neçə kənddə İŞİD-lə əlaqədə şübhəli bilinən 6 nəfəri edam ediblər. «Federal polis forması geyinmiş şəxslər qanunsuz qətllər törədib, bir neçə nəfəri bilərəkdən tutaraq, soyuqqanlılıqla öldürüblər… Bəzi yerlərdə tutulanları güllələməzdən əvvəl onlara işgəncə verilib». Təşkilatın nümayəndəsi Lynn Maalouf belə deyib.

«Amnesty International» İraq hökumətini məsələni araşdırmağa çağırıb.

Şərhləri göstər

XS
SM
MD
LG