Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:33

Əfqanıstanda alman konsulluğuna hücum olub, ölənlər var.

Talibançılar əvvəl partlayıcı dolu avtomobili konsulluğun içərisinə doğru sürərək partladıb. Binanın divarında böyük dəlik açdıqdan sonra silahlı talibançılar içəri keçməyə cəhd ediblər. Amma təhlükəsizlik qüvvələri onların qarşısını alıb.

Rəsmi məlumata görə, hadisə zamanı 4 əfqan ölüb, xeyli yaralı var. Almaniya Xarici İşlər Nazirliyi konsulluq işçilərinin sağ-salamat qurtardığını, evakuasiya edildiyini söyləyib.

Şahidlərin dediyinə görə, ölənlər də, yaralananlar da konsulluqda çalışan, ya da yaxınlıqda yaşayan əfqanlardır.

Talibançılar konsulluğa hava əməliyyatları nəticəsində ölən sakinlərin intiqamını almaq məqsədilə hücum etdiklərini bildiriblər.

Koalisiya qüvvələrinin hava əməliyyatları nəticəsində ötən həftə Əfqanıstanın Kunduz vilayətində qadınlar və uşaqlar da daxil olmaqla, 30 nəfər həlak olub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG