Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:14

ABŞ-da seçkidən sonra 2-ci gündür ki, etiraz nümayişləri keçirilir


Kaliforniya universiteti tələbələri etiraz edir

Kaliforniya universiteti tələbələri etiraz edir

ABŞ-da prezident seçkisindən sonra keçən ikinci gündür ki, Donald Trumpın prezident seçilməsi əleyhinə nümayişlər keçirilir. Nümayişlər ABŞ-ın ən azı 10 şəhərini əhatə edir.

Nyu Yorkda nümayişçilər “Mənim prezidentim deyilsən” şüarı ilə Manhettendə yürüş keçirib.

Çikaqoda Trump Hoteli və Toweri qarşısında “Trump yox! KKK yox! İrqçi ABŞ yox!” şüarları ilə nümayiş keçiriblər.

Bostonda nümayişə “Seçki Kollegiyası ləğv olunsun!” şüarı ilə çıxıblar.

Nümayişlər dinc keçirilir.

Nümayişlər təkcə əksəriyyəti Clintona səs vermiş sahil şəhərlərində yox, Riçmond, Omaha, Kanzas kimi şəhərlərdə də keçirilir.

Təşkilatçılar bildirirlər ki, noyabarın 10-da San Fransisko, Los Anceles, Oklend kimi şəhərlərdə də nümayişlər olacaq.

Bu etiraz nümayişlərinəTrump hələ reaksiya verməyib. Ancaq o, noyabrın 9-da demişdi ki, bütün amerikalıların prezidenti olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG