Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:31

Bakının mərkəzindən Beynəlxalq Hava Limanına dəmir yolu xətti çəkiləcək.

Bu barədə «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

Qurum rəsmisi Trend-ə deyib ki, Bakı vağzalından hava limanına çəkiləcək dəmir yolunun uzunluğu 25 kilometr olacaq. Dəmir yolu aeroport istiqamətində avtomobil yolu ilə kəsişəcək. Həmin ərazidən yerüstü dəmir yolu keçidi inşa olunacaq.

Buna da bax:​ Bakı dairəvi dəmiryolu yenilənir

Xəbərdə qeyd edilir ki, artıq "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbərliyi Beynəlxalq Hava Limanının rəhbərliyinə müraciət edib. Aeroport rəhbərliyinin təklifə razılıq verdiyi bildirilir. Hazırda həmin dəmir yolu xəttinin layihəsi hazırlanmaqdadır.

N.Əzməmmədov qeyd edib ki, Bakı Dairəvi dəmir yolu layihəsi çərçivəsində Zabrat-Maştağa-Albalılıq dəmir yolunun da bərpası nəzərdə tutulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG