Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:03

“Dərinsulu Günəşli” platformasının dibinə enən avtomatik idarə edilən xüsusi dalğıc qurğusunun orada uniformalı geyimdə insan cəsədi aşkarladığı bildirilir.

“Turan” Agentliyinin neft dairələrindən əldə etdiyi məlumatlara görə, həmin şəxs Britaniyanın “KCA-Deutag” şirkətində qazmaçı vəzifəsində çalışırmış.

Qazmaçının cəsədinin noyabrın 10-da xüsusi dalğıc qurğusunun apardığı axtarış nəticəsində “Dərinsulu Günəşli” platformasının altından tapıldığı qeyd edilir.

Buna da bax:​ Dənizdə boğulan neftçinin cəsədi tapılıb

Burada suyun dərinliyi 120 metrə yaxındır.

Noyabrın 8-də səhər saatlarında «Dərinsulu Günəşli» platformasının əməliyyatçısı olan BP şirkətinin qazma podratçısının bir işçisinin itkin düşdüyünü açıqlamışdı.

Şirkət itkin düşmüş neftçinin tapılmasından ötrü xilasetmə xidmətinin cəlb edildiyini bildirsə də, həmin şəxsin adını və hadisənin hansı şərtlərdə baş verməsini bildirməmişdi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG