Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:30

Nyutona görə, 2060-cı ildə dünyanın axırıdır


Nyutonun məktubu
Nyutonun məktubu

Böyük ingilis alimi İsaak Nyutonun adı orta məktəb dərsliklərindən onun 3 qanunu ilə tanışdır. Bu 3 qanun bütün mexaniki hərəkəti izah edir.

Ali məktəblərdə Nyutonun adı ali riyaziyyatla bağlıdır. İnteqral, differensial hesabı, faktiki ali riyaziyyatı məhz Nyuton yaradıb.

Bütün bunlar yaxşı məlum olsa da, Nyutonun Axirət gününün vaxtı haqda yazdıqları isə çoxlarına yəqin ki, məlum deyil.

Nyutonun hesablamasına görə, Axirət 2060-cı ilə düşür. Nyutonun hesablaması dini kitablarda deyilənlərə əsaslanır. Nyutonun 1704-cü ildə yazdığı məktubda deyilir ki, o, Bibliyada yer alan Danielin (müsəlmanlarda Danyal) Kitabı əsasında dünyanın axırının nə vaxta düşdüyünü hesablayıb. Bu məktub hazırda Yerusəlim Universitetindədir.

Müasir fizikanın və ali riyaziyyatın əsasını qoyan, tarix boyu dünaynın ən böyük alimlərindən biri hesab olunan, öz kəskin rasionallığı ilə tanınan Nyutonun dini mövzuda belə bir işi böyük maraq doğurur.

O da maraqlıdır ki, məktubda Nyuton əminliklə yazır ki, Bibliya Axirətin 2060-cı ildə olacağını göstərir. (ardı aşağıda)

Isaac Newton
Isaac Newton

Ancaq xüsusi qeyd olunmalıdır ki, Nyuton dünyanın axırının məhz 2060-cı ildə olacağını iddia etmir, o, yazır ki, Bibliya Axirətin 2060-cı ildə olduğunu bildirir.

Nyuton bununla bağlı qeyd edir ki, “Axirət gec də ola bilər, ancaq tez olmağına səbəb görmürəm”.

Danielin Kitabı əsasında Nyutonun bunun necə hesablaması indiyədək aydın deyil.

Ancaq dini mövzuda Nyutonun digər proqnozu düz çıxdı.

Başqa bir məktubunda Nyuton Bibliyada peyğəmbərlərin dedikləri əsasında bir nəticəyə gəlirdi ki, yəhudilər Müqəddəs Torpağa Axirətdən qabaq qayıdacaqlar.

Nyutonun bu məktubları hazırda İsrail Milli Kitabxanasında saxlanır. Həmin sənədlər İngiltərədə Portsmutda bir evdə sandıqda 250 il yatıb-qalmışdı və 1930-cu illərdə hərracda satılandan sonra dünyaya məlum oldu.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG