Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:16

Noyabrın 10-da müdafiə naziri Zakir Həsənov Niderland Krallığının Azərbaycandakı səfiri Onno Kervers ilə görüşüb.

Bu haqda Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir.

Xəbərdə bildirilir ki, görüşdə regiondakı hərbi-siyasi vəziyyət, hərbi sahədə həm ikitərəfli, həm də NATO çərçivəsində Azərbaycan ilə Niderland arasında əməkdaşlıq, beynəlxalq terrorizmlə birgə mübarizə məsələləri müzakirə edilib.

Buna da bax:​ Zakir Həsənov Herbert Salber-i qəbul edib

Səfir həm ikitərəfli, həm də NATO çərçivəsində hərbi sahədə ölkələrarası əlaqələri yüksək qiymətləndirib. O, Əfqanıstanda həyata keçirilən missiya tərkibində Azərbaycan sülhməramlılarının beynəlxalq təhlükəsizliyə verdiyi töhfəyə görə, minnətdarlığını bildirib.

Nazirliyin bildirməsinə görə, səfir Niderlandın Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəklədiyini qeyd edib. O, ölkəsinin münaqişənin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bildirib.

Buna da bax: Zakir Həsənov çexiyalı həmkarı ilə görüşüb

Görüşdə iki ölkə arasında hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsində böyük potensialın olduğunu vurğulanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG