Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:58

Valyuta qara bazarı canlanıb


ABŞ dollarının bahalaşmaqda davam etməsi və bəzi bankların satışa limit tətbiqi nəticəsində valyuta qara bazarının aktivləşdiyi bildirilir.

«Turan» agentliyinin müxbirinin müşahidəsinə görə, Dəmiryolu Vağzalı yaxınlığında qeyri-leqal şəkildə valyuta satılır.

Müxbirin qeydlərinə görə, qara bazarda dollar 1.74 manata təklif edilir. Müştəri 1000 dollardan çox alarsa, qiymət 1.73 manata endirilir.

Ölkədə ümumilikdə 10-dək bankın dollar satışını dayandırdığı, 11 bankın isə limit qoyduğu bildirilir.

Xəbərdə qeyd edilir ki, Azərbaycan Sənaye Bankı, Pakistan Milli Bankının Bakı filialı ümumiyyətlə, valyuta satışını dayandırıblar.

Bank Silk Way və AtaBank-ın isə noyabrın 10-dan dollar satışına limit tətbiq etdiyi deyilir.

Bəzi banklarda valyuta satışına məhdudiyyət qoyulmadığı müşahidə olunub. Bank of Baku, TuranBank 10000 dollara qədər valyuta satır.

Artıq bir aya yaxındır dolların məzənnəsində müşahidə olunan artım noyabrın 10-da da davam edib. Valyuta hərracında rəsmi məzənnə 1.6867 manatadək artıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG