Keçid linkləri

2017, 18 Yanvar, çərşənbə, Bakı vaxtı 08:24

Azərbaycan parlamentinin hərbi senzuranın tətbiqi ilə bağlı məsələləri müzakirə etdiyi bildirilir.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bu məsələ yenidən hazırlanmış «Hərbi vəziyyət haqqında» Qanunun 1.0.3 maddəsində əksini tapıb.

Maddədə bildirilir ki, ölkədə hərbi vəziyyət elan olunan zaman hərbi senzura tətbiq edilir. Hərbi senzura - kütləvi informasiya vasitələrinin materiallarının hərbi idarəetmə orqanları, dövlət orqanları və onların vəzifəli şəxsləri ilə əvvəlcədən razılaşdırılmasını nəzərdə tutur.

Bu, eyni zamanda, dövlət sirri təşkil edən məlumatların yayılmasının qarşısının alınması məqsədi ilə yazışma, televiziya, radio yayımına və telefon danışıqlarına nəzarətin həyata keçirilməsindən ibarətdir.

Qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG