Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:32

Gəncədə saxlanan gənclərdən xəbər var


Tapdıq Məmmədov və Elmir Təhmin

Tapdıq Məmmədov və Elmir Təhmin

Ötən həftə Gəncə şəhərində saxlanan gənc siyasi fəallar Tapdıq Məmmədov və Elmir Təhminin bir ay inzibati həbs cəzası aldıqları bildirilir.

Bunu AzadlıqRadiosuna NİDA Vətəndaş Hərəkatının üzvü Samir Əsədli bildirib.

Onun deməsinə görə, gənclər Gəncənin Şahsevənli məhəlləsində divarlara şüar yazarkən saxlanıblar. Gənclərin divarlara «Diktaturaya yox!» şüarı yazdıqları bildirilir.

S.Əsədli deyir ki, gəncləri Gəncə şəhər Nizami rayon Polis Şöbəsinə gətiriblər və orada saxlayıblar: «Hətta burada hər iki gəncin fiziki zorakılığa məruz qaldığı söylənir».

Gənclərə Nizami Rayon Məhkəməsinin hökmü ilə 30 sutka inzibati cəza verildiyi bildirilir.

Ancaq gənclərin nə vəkili, nə də ailə üzvləri məsələ ilə bağlı mətbuata açıqlama vermək istəyiblər.

Gəncə polisi gənclərin saxlanması xəbərini təsdiq edib. Ancaq onların nədə ittiham edildiyini açıqlamayıb. Yerli polisdən Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə danışmağı məsləhət görüblər.

Ancaq, hələlik, nazirlikdən nə işgəncə iddialarına, nə də gənclərə verilən rəsmi ittihama aydınlıq gətirmək mümkün olub.

E.Təhmin NİDA Vətəndaş Hərəkatının üzvü, T.Məmmədovun isə bitərəf olduğu bildirilir. Hər iki gənc noyabrın 5-də saxlanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG