Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:16

Bakıda tikintilərin birində ikinci mərtəbədən yerə yıxılan 67 yaşlı bir kişinin xəstəxanada vəfat etdiyi bildirilir.

«Report»un xəbərinə görə, hadisə Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində baş verib.

Orada tikintilərin birində fəhlə kimi çalışan 1949-cu il təvəllüdlü Tariyel Əkbərovun ehtiyatsızlıqdan ikinci mərtəbədən yerə yıxıldığı bildirilir.

Xəbərdə qeyd edilir ki, ağır xəsarət alan T.Əkbərov xəstəxanaya çatdırılıb. O, aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.

Bu il iyulun 1-dək istehsalatda bədbəxt hadisə zamanı 106 nəfərin xəsarət aldığı, 57 nəfərin vəfat etdiyi bildirilir. Rəsmi məlumatlara görə, ötən ilineyni dövrü ilə müqayisədə ölkədə bədbəxt hadisələrdə ölənlərin sayı artıb.

Bu yaxınlarda mətbuata açıqlama verən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu hallara əsas səbəb kimi tikinti şirkətlərinin təhlükəsizlik qaydalarına əməl etməmələrini göstərmişdi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG