Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:38

ABS-da Trump-ın qələbəsinə etirazlar


Noyabrın 9-da Bostondan Los-Ancelesə qədər bir neçə şəhərdə minlərlə adam küçələrə çıxıb. Ən sakit aksiyalarda amerikalılar yolları kəsib, Trump əleyhinə şüarlarla çıxış ediblər. Xüsusilə Trump-ın miqrantlar, eləcə də müsəlmanların qarşısını almaq vədlərinə qarşı etirazlar səslənib.

Nyu-Yorkun mərkəzində--Manhetten rayonunda da minlərlə adam Trump Qülləsinə, Trump-ın evinə doğru axışıb. Manhetten parkına toplananlar «Trump mənim prezidentim deyil!» şüarını səsləndiriblər.

Çikaqonun mərkəzində isə sakinlər «Trump-a yox! İrqçiyə yox!» deyiblər.

Clinton-un daha çox səs topladığı şəhərlərdə etirazçılar xüsusilə fəal olub. Amma Trump-a səs verən Riçmond, Virciniya, Omaha, Nebraska və Kanzasda da D.Trump-a qarşı aksiyalar olub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG