Keçid linkləri

2017, 18 Yanvar, çərşənbə, Bakı vaxtı 12:32

Rusiya NATO sualtı qayığını 'qovub'


«Kuznetsov» təyyarədaşıyan gəmisi

«Kuznetsov» təyyarədaşıyan gəmisi

Rusiya Aralıq dənizinin şərqində gəmisinə «təhlükəli» dərəcədə yaxın olan bir holland sualtı qayığını geri üzməyə məcbur edib.

Rusiya Müdafiə Nazirliyinin sözçüsü general Igor Konashenkov-un dediyinə görə, rus hərbi dəniz qüvvələri sualtı qayığı «Kuznetsov» adlı təyyarədaşıyan gəminin 20 kilometrliyində yaxalayıblar. Rusiyanın hərbi dəniz qüvvələri qayığı bir saatdan artıq-- ərazini tərk etməyə məcbur olana qədər izləyiblər. «Belə təhlükəli manevrlərə kobudcasına cəhd etmək—Rusiya gəmilərinə bu qədər yaxınlaşmaq təhlükəli fəsadlara səbəb ola bilərdi», - I.Konashenkov belə deyib.

NATO rəsmilərindən biri deyib ki, onlar Rusiya donanmasını «tarazlı və məsuliyyətli» şəkildə müşahidə edirlər. Monitorinqə səbəb NATO-nun Rusiyanın Suriyada hərbi fəaliyyətini genişləndirəcəyindən ehtiyatlanmasıdır. Hollandiya Müdafiə Nazirliyi məsələyə münasibət bildirmək istəməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG