Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:32

Cəfər Cabbarlı Azərbaycan bayrağını belə tərənnüm edirdi


Azərbaycan bayrağı.
Azərbaycan bayrağı.

-

1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası milli bayraq haqqında qərar verib. Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı həmin qərarda deyilir: "Milli bayraq kimi yaşıl, qırmızı, mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilsin". 2009-cu ildən 9 noyabr Dövlət Bayrağı Günü kimi qeyd olunur və

Cəfər Cabbarlı
Cəfər Cabbarlı

Oxu Zalı azərbaycan yazıçısı və şairi Cəfər Cabbarlının dövlət bayrağına həsr etdiyi şeirləri təqdim edir.

Sevdiyim

Altun köksün hilal-yıldız işıqları öpüncə,

Zirvəsindən Şah dağının gündoğuşu dinilür,

Rəhmallahi gözəlliklər tanrısı tək pək incə,

Bir siyaqla könüllərə hey salamlar söylüyür,

O yerlərdə qardaşları, dostları var pək sevir,

Yaşıl donlu, mavi gözlü, al yanaqlı sevdigim.

.

"Azərbaycan" qəzeti, 1919, 25 avqust, ¹ 260

.

Azərbaycan bayrağına

Buraxınız, seyr edəyim, düşünəyim, oxşayayım,

Şu sevimli üç boyalı, üç mənalı bayrağı.

Mələklərin qanadımı üzərimə kölgə salan?

Nə imiş bu, aman Allah?! Od yurdunun yarpağı!

Göy yarpaqlı, al çiçəkli, yaşıl otlar topasımı?

Xayır, xayır! Çiçək solur, otlar yerdə tapdanır.

Fəqət bizim bayrağımız ucaları pək seviyor

Yıldızlardan, hilaldan da yüksəklərdə fırlanıyor.

Kölgəsində ay əyilib bir gözəli qucmada,

Qucaşaraq sevdiyilə yüksəklərə uçmada.

Şu görünüş bir ananın şəfqətinə oxşayor,

Düşündükcə zövqlərimi, vicdanımı oxşayor.

Bu ay, yıldız, boyaların qurultayı nə demək?

Bizcə belə söyləmək:

Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı,

Bir türk oğlu olmalı!

Yaşıl boya islamlığın sarsılmayan imanı,

Ürəklərə dolmalı!

Şu al boya azadlığın, təcəddüdün fərmanı,

Mədəniyyət bulmalı.

Səkkiz uclu şu yıldız da səkkiz hərfli OD YURDU

Əsarətin gecəsindən fürsət bulmuş quş kibi,

Səhərlərə uçmuşdur.

Şu hilal da türk bilgisi, düzgün sevgi nişanı,

Yurdumuzu qucmuşdur!

Allah, əməllərim edib şu bayrağı intiqal,

Birər-birər doğru olmuş, bir ad almış: İSTİQLAL!

Yürəyimdə bir dilək var, o da doğru kəsilsin,

O gün olsun bir göy bayraq Turan üstə açılsın.

"Azərbaycan" qəzeti, 1919, 29 avqust, ¹ 263

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG