Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:15

Azərbaycanda tikintiyə icazə yeni qaydalarla verilə bilər.

Trend-in Milli Məclisə istinadən xəbərinə görə, Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliklər təklif edilir.

Məcəllənin 85-ci maddəsinə təklif edilən dəyişikliyə əsasən, tikintiyə icazə verilməsində yaşıllıqların mühafizəsi ilə bağlı yeni tələb müəyyən edilir. Yeni tələbdə yaşıllıqların mühafizəsi məcburi xarakter daşıyır.

Buna da bax:​ Bakı sakini: Başçı özü sərəncam verdiyi obyekti sökdürüb

Yeni qaydaya əsasən, tikintiyə icazə alan zaman ərazidə olan ağacların, kolların və digər yaşıllıqların mühafizəsi tədbirləri nəzərdə tutulmalıdır. Tikinti layihələrinin icrasında götürülən yaşıllıqların miqdarı, tərkibi və bərpa dəyəri haqqında məlumatlar da tikinti layihəsinə daxil edilməlidir.

Məcəllənin qüvvədə olan həmin maddəsində isə bu tələb nəzərdə tutulmurdu. .

Parlamentin noyabrın 11-də layihəni müzakirə edəcəyi gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG