Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:16

Bu gün, noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü münasibətilə Müdafiə Nazirliyinin tabeliyində olan hərbi birliklərdə silsilə tədbirlər keçirilib.

Tədbirlər Əlahiddə Ümumqoşun Ordu, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və xüsusi təyinatlı təhsil müəssisələrini də əhatə edib.

Buna da bax:​ Bakıda 'Bayraq yürüşü' keçirilib

Nazirliyin mətbuat xidməti bildirir ki, tədbirlər çərçivəsində veteranların hərbi hissələrə səfərləri, muzey və abidələrə ekskursiyalar təşkil edilib.

Bu gün, noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür.

Üçrəngli bayraq dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il noyabrın 9-da keçirilən iclasında qəbul olunub.

Buna da bax:​ 'Rəsulzadə dedi: «Bu bayrağı vətənə kim çatdıra bilər?»

1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarı ilə hazırkı üçrəngli, ay-ulduzlu bayraq müstəqil respublikanın dövlət bayrağı elan edilib.

2009-cu ildə 9 noyabr tarixi Dövlət Bayrağı Günü elan olunub.

Buna da bax:​

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG