Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:23

Noyabrın 7-i Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov «Naxçıvan İpoteka Fondu» Açıq Səhmdar Cəmiyyətinin yaradılması ilə bağlı fərman verib.

Fərman muxtar respublikada əhalinin, xüsusilə gənc və aztəminatlı ailələrin mənzil şəraitinin yaxşılaşdırılmasına xidmət etməlidir.

«Naxçıvan İpoteka Fondu» ASC-nin səhmləri dövlətə məxsusdur.
Bundan başqa, fondun vəsaiti hesabına ipoteka kreditinin verilməsi qaydası da təsdiq olunub.

Cəmiyyət ipoteka kreditləşməsinə maliyyə resurslarının cəlb olunmasına köməklik göstərilməsi ilə bağlı işləri də yerinə yetirməlidir.

Son illər muxtar respublikada onlarla yeni yaşayış binaları tikilib.

Naxçıvan şəhərində «Gənclər şəhərciyi» yaşayış kompleksinin inşası isə başa çatmaq üzrədir.

Azərbaycanda yarımildir ki, ipoteka kreditlərinin verilməsi dayandırılıb. Ötən yarımildə kimsə mənzildən ötrü kredit almayıb. Apreldə cəmi 2 kredit verilib.

Azərbaycan İpoteka Fondu (AİF) isə ümumilikdə indiyədək 730 mln. 802.42 min manat məbləğində 17 min 997 ipoteka krediti verib.

AİF vasitəsilə kreditlər 2006-cı ildən verilir. Sosial ipoteka (50 min manat, 4 faizlə) 2007-ci ilin II yarısından verilmir. İndi də kommersiya kreditləri də (8 faiz) dayandırılıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG