Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:05

Noyabrın 8-i Azərbaycan və İran dəmiryolçuları Astara çayı üzərində tikilən körpüdə - sərhəddə görüşüblər.

APA bu xəbəri «Azərbaycan Dəmir Yolları» QSC-yə istinadən yayıb.

Xəbərə görə, Azərbaycan nümayəndə heyəti Astara stansiyasından İran dövlət sərhədinə qədər birxətli 8.3 km yolu ilk dəfə dizel qatarla gəlib.
Artıq Azərbaycan tərəf bu layihədə öhdəsinə düşən, İran dövlət sərhədinədək birxətli 8.3 km dəmiryolun çəkilişini başa çatdırıb.

«Şimal-Cənub» Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir.

«Şimal-Cənub» beynəlxalq nəqliyyat dəhlizi haqqında saziş Rusiya, İran və Hindistan arasında 16 il öncə – 2000-ci il sentyabrın 12-də imzalanıb. Sonradan ona Belarus, Bolqarıstan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Oman, Tacikistan, Suriya, Türkiyə, Ukrayna və Azərbaycan da qoşulub.

«Şimal-Cənub» beynəlxalq nəqliyyat dəhlizinin katibliyi Tehran şəhərində yerləşir.

Nəqliyyat Nazirliyinin məlumatına görə, dəhlizin yaradılmasında məqsəd yük və sərnişin daşımalarında səmərəliliyin yüksəldilməsi, vaxtın qısaldılması və tranzit daşımaların dəyərinin minimuma endirilməsidir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG