Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:55

Dövlət Bayrağı Günü, islahat imitasiyası, qiymət artımları və manatın taleyi ilə bağlı bədbin proqnozlar bu gün medianın aparıcı mövzusudur...

MÜSTƏQİLLİK RƏMZİ-DÖVLƏT BAYRAĞI

«Azərbaycan» qəzetində «İstiqlalımızın rəmzi» sərlövhəli məqalədə 98 il öncə Azərbaycanda dövlət bayrağının qəbul olunmasından bəhs edilir.

Müəllif yazır ki, bayraq hər bir xalqın müstəqillik, suverenlik, istiqlal ideallarının simvoludur: «Zəngin tarixi irsdən yaranaraq uğrunda on minlərlə insanın canından keçdiyi üçrəngli bayrağımız tarixi yolumuzun, milli ideologiyamızın təməl prinsiplərini tam mənası ilə izah edir».

Daha sonra məqalədə 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, həmin il noyabrın 9-da indiki üçrəngli bayrağın dövlət bayrağı kimi qəbul olunmasından söz açılır.

Müəllif nəzərə çatdırır ki, 1920-ci ildə işğaldan sonra müstəqil Azərbaycan dövlətinə və onun atributlarına son qoyulub.

Məqalədə daha sonra üçrəngli bayrağın Azərbaycanda yenidən yüksəkliklərə qaldırılmasında keçmiş prezident Heydər Əliyevin xidmətlərindən bəhs edilir.
Müəllif Dövlət Bayrağı Günü elan olunmasını isə prezident İlham Əliyevin xidməti adlandırır: «Prezident İlham Əliyev 2009-cu il noyabrın 17-də imzaladığı sərəncamla Azərbaycanın üçrəngli bayrağının ilk dəfə rəsmi ucaldığı 9 noyabr tarixini «Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü» kimi təsis etdi».

Nemət Əliyev

Nemət Əliyev

YENİ QURUMLARLA İMİTASİYA

Azadliq.info saytı «Böhrandan çıxmaq üçün yaradılan Şuralar nəticə verdimi?» sualını gündəmə daşıyıb.

Yazıda ölkədə yaradılan yeni qurumların fəaliyyəti iqtisadçı - ekspert Nemət Əliyevlə dəyərləndirilib. N.Əliyev deyib ki, manat dəyər itirir, iqtisadiyyat ciddi maliyyə problemləri ilə üzləşib. Amma buna baxmayaraq, hökumət real addımlar əvəzinə imitasiya ilə məşğuldur: «Bu imitasiya tipli addımlar sırasına Maliyyə Bazarlarına Nəzarət Palatasının, Maliyyə Şurasının, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının, Maliyyə Monitorinq Xidmətinin yaradılmasını göstərmək olar».

Ekspert xatırladıb ki, Azərbaycan hakimiyyəti bəzi qurumların ləğvini idarəetmə aparatının səmərəliliyini artırmaq kimi təqdim edib: «Amma hər kəs gözəl bilir ki, iqtisadiyyatda gərgin vəziyyət yaranıb və artıq artan xərcləri qarşılamaq mümkün deyil. Odur ki, bir sıra qurumları ləğv edib birləşdirdilər. Bu sıradan Maliyyə Bazarlarına Nəzarət Palatası yaradıldı. Qiymətli Kağızlar Komitəsini, Maliyyə Nazirliyində maliyyə bazarlarına nəzarət idarəsini ləğv etdilər, apellyasiya şuraları yaratdılar. Guya bununla sahibkarların problemləri yerində həll olunacaqdı. Amma bir müddət keçsə də, ortada nəticə yoxdur».

N.Əliyevin fikrincə, cəmiyyət apellyasiya şuralarının, hələlik, heç bir faydasını görməyib: «Əksinə, minlərlə sahibkarın bank hesabları donduruldu, onların ölkədən çıxışına imkan yaradılmadı. Bu apellyasiya şuraları sanki sahibkarların qarşısının kəsilməsi üçün bir bəhanə oldu».

Bazar

Bazar

QİYMƏTLƏR «CEYRAN BELİNDƏ»...

«Exo» qəzetində «2016-cı ilin sonuna kimi Azərbaycanda qiymətlər 20-40 faiz artacaq» sərlövhəli məqalə diqqəti cəlb edir.

Müəllif yazır ki, MDB məkanında qiymət artımına görə, Azərbaycan ilk yerdə gedir. Ekspert Nəriman Ağayev qəzetə mövzunu belə dəyərləndirib: «İlin sonuna kimi qiymətlərin 20-40 faiz arasında artması gözlənilir. Bu qiymət artımı istər ərzaq, istərsə də qeyri-ərzaq məhsullarına aiddir. Burada ancaq çörək istisna olacaq. Qiymətə artımı şübhəsiz ki, dolların məzənnəsinin artması ilə bağlıdır».

N.Ağayev deyib ki, 4 nəfərdən ibarət ailə əvvəllər ərzağa ayda 350 manat xərcləyirdisə, indi bu rəqəm 600 manata yüksəlib.

Ekspert hesab edir ki, qiymət artımı tendensiyası 2017-ci ildə də davam edəcək. N.Ağayev vurğulayır ki, hətta gələn il maaş artımı olsa belə, bu, qiymət artımı və inflyasiyanın səviyyəsi ilə müqayisə edilməyəcək.

Ekspertlərdən Rəşad Həsənov isə deyib ki, bəzi ərzaq və qeyri-ərzaq məhsullarına qoyulan gömrük rüsumlarının artırılması da bazarda qiymət artımına səbəb olacaq: «Bazarda qiymət artımı gözlənilir. Hələlik, ərzaq malları artır. Amma fikrimcə, qeyri-ərzaq malları da 1-2 aya bahalaşacaq. Qeyri-ərzaq mallarının qiyməti 10-15 faiz artacaq, ərzaq mallarının qiymətində artım 20-30 faiz olacaq».

Günün bütün mövzuları

XS
SM
MD
LG