Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:33

«WikiLeaks»in təsisçisi Julian Assange ABŞ seçkilərinə müdaxiləsi haqda ittihamları rədd edir.

«WikiLeaks» demokratların namizədi Hillary Clinton-la bağlı minlərlə e-mail və sənədi açıqlamışdı. J.Assange onların bununla seçkiyə təsir etmək istəmədiyini, ruslarla da bağlılıqları olmadığını elan edib.

J.Assange e-mail-ləri necə əldə etdiyini demir. Onların Clinton-un seçki kampaniyasının rəhbəri John Podesta-nın poçtuna haker hücumları nəticəsində əldə olunduğu aydındır. ABŞ-ın hiber-təhlükəsizlik məsələləri üzrə ekspertləri hücumların arxasında rusların dayandığını deyib. Federal Tədqiqatlar Bürosu (FBI) da məsələdə Rusiyanın əli olub-olmadığını araşdırır.

J.Assange Clinton kampaniyasının «WikiLeaks» nəşrləriylə bağlı faktları ortaya qoya bilmədiyini, seçki qərargahının spekulyasiyayla məşğul olduğunu bildirib.

««WikiLeaks», eləcə də mən özüm son aylar demokratların özlərinin özləri haqqında dediklərini nəşr etdirməməkdən ötrü çox böyük təzyiqə məruz qalmışam». - J.Assange noyabrın 8-də yaydığı bəyanatda belə deyib.

J.Assange «WikiLeaks»in respublikaçıların namizədi Donald Trump haqda materialları ortaya çaxarmamasını əllərində belə materialların olmamasıyla izah edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG