Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:15

Fəxri adlar alanlarla kim fəxr edir [sorğu]


TV aparıcıları Zaur Baxşəliyev və Xoşqədəm Hidayətqızı.

TV aparıcıları Zaur Baxşəliyev və Xoşqədəm Hidayətqızı.

-

Noyabrın 7-si Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə növbəti dəfə fəxri adlara layiq görülmüş jurnalistlər və sənət adamlarının adları elan olunub. Xatırladaq ki, əksər Qərb ölkələrində fəxri adlar yerli-yoxdur, Bəzi keçmiş sovet ölkələrində isə yaxın keçmişdə belə adlar ləğv olunub. Oxu Zalı fəxri adlara azərbaycan yazıçıları, jurnalistləri, ekspertlərinin rəyini öyrənib.

Elnur Astanbəyli: "Fəxri adlar sənət deyil, hakimiyyət qarşısında xidmətlərə görə verilir. Əsas ölçü vahidi də hakim siyasi gücə tapınma, yarınma bacarığıdır".

Sayman Aruz: "Fəxri adların verilməsi incəsənət xadimlərinə dövlət tərəfindən göstərilmiş bir diqqətin göstəricisidir. Mən onu çox lazımlı hesab edirəm. Ancaq məsələ burasındadır ki, fəxri adlara layiq görülmüş şəxslərin seçilməsində ədalət prinsipi nəzərə alınmalıdır".

Media esperti Rəşid Hacılı:

Rəşid Hacılı

Rəşid Hacılı

Fəxri adların, prezident təqaüdlərinin, ev hədiyyələrinin yazıçı, boyaçı, bəstəkar, aktyor, müğənni və başqa sənət adamlarına paylanması siyasi korrupsiyadan başqa bir şey deyil. Demək olar bütün dövlət hakimiyyətini əlində cəmləmiş Prezident jurnalistlərə, yazıçılara, sənətçilərə ev, pul paylamaqla onların özünə sədaqətini təmin etmək əvəzinə onların azad və səmərəli fəaliyyətinə imkan verən mühit formalaşdıran addımlar atmalıdır. Jurnalistə, yazıçıya, sənətə hörmət budur. Peşə etikasına, sənətinə sayğısı olan şəxs belə hədiyyələrin onların peşəsinə xəyanət olduğunun, hakimiyyətinin elaltısı imici yaratdığının fərqində olmalıdır.

Buna da bax: Prezident radio-televiziya işçilərinə fəxri adlar verdi

Yazıçı Həmid Herisçi:

Həmid Herisçi

Həmid Herisçi

Məncə adların verilməsi lazımdır. Ancaq baxır kimə. Mütəxəssis rəyləri, siyasi konyukturanı kölgədə qoymalıdır, məncə.

Jurnalist Elnur Aslanbəyli:

Elnur Astanbəyli

Elnur Astanbəyli

Bu adların verilməsinin gərəksiz hətta gülməli bir olduğu artıq heç kimdə şübhə doğurmur – Əlbəttə, əgər siz təfəkkür etibarilə sovet adamı deyilsinizsə, normal ağıl, düşüncə sahibisinizsə. Fəxri adlar sənət deyil, hakimiyyət qarşısında xidmətlərə görə verilir. Əsas ölçü vahidi də hakim siyasi gücə tapınma, yarınma bacarığıdır. Yalan danışmaq, yaltaqlanmaq qabiliyyətidir. Xalq artisti, Xalq yazıçısı olanlar da hamılıqla, istisnasız şəkildə xalqsız xalq artisti, xalqsız xalq yazıçısı olanlardır. Onları əslində xalqla, xalqın ağrıları, yaşantıları ilə heç nə bağlamır.

Ədəbi tənqidçi İradə Musayeva:

İradə Musayeva

İradə Musayeva

“Xalq artisti” adının mövcudluğuna və kimlərəsə verilməsinə pis baxmıram. Amma bu adın kimə verilməsi məsələsi var. Məsələn, Rasim Balayev ya ondan da qabaq Adil İsgəndərov xalq artisti adını alanda inanmıram bu ad hansısa azərbaycanlıda qıcıq doğurmuş olsun. Amma Məlekə Əsədovaya bu ad veriləndə, yadımdadır ki, adamların hətta bu fəxri ada qarşı reaksiyası kəskin oldu. Mən demirəm ki, o layq deyil. O xanımın da yaxşı rolları var. Cəmiyyətin münasibətini müqayisə edirəm. Elmi ad da belədir. Adam var ki, ona müraciət edəndə, insanlar sanki hər dəfə bilə-bilə, istehza ilə “Yoldaş professor” –deyir. Hətta o adama yox, “professor” anlayışına şübhə ilə baxırlar...

Məsələn, ciddi, ağıllı, xalqın, millətin maariflənməsi işinə yardımçı olan aparıcılar, jurnalistlər kənarda qalır, əvəzində milləti ekran qarşısında aylarla, illərlə öz yalanları ilə məşğul edənlrə adlar, titullar verilirsə, “ad” hörmətdən düşür. Heç o adamların da dəyəri, hörməti bu adlarla artmır... Hər halda bu “ad”lara sevinələri mən də təbrik edirəm, qoy sevinsinlər...

Buna da bax: Ermənistanın Mədəniyyət Naziri fəxri adların gərəksizliyindən danışıb

Şair Rasim Qaraca:

Rasim Qaraca

Rasim Qaraca

Fəxri adların bol-bol verilməsini təqdir edirəm, Xalq yazıçısı, Xalq Şairi, Xalq artisti nə qədər çox olsa bu ad o qədər ucuzlaşacaq, dolayısıyla sənət adamları öz əsl dəyərlərində qalmış olacaqlar.


Yazıçı Sayman Aruz:

Sayman Aruz

Sayman Aruz

Fəxri adların verilməsi incəsənət xadimlərinə dövlət tərəfindən göstərilmiş bir diqqətin göstəricisidir. Mən onu çox lazımlı hesab edirəm. Ancaq məsələ burasındadır ki, fəxri adlara layiq görülmüş şəxslərin seçilməsində ədalət prinsipi nəzərə alınmalıdır. Mən şəxsən populyar və populist şəxslərdənsə mütəfəkkir və xalqın gələcəyində önəmli rolu olan dəyərli ziyalılarımıza diqqət göstərməyin tərəfdarıyam. Bu gün öz şəxsi maraqları üçün efirdə tufan qoparanlar sabah bir başqa maraq və ya sifariş üçün elə dövlətimizi təziq alıtına qoyurlar. Bunu dəfələrlə şahid olmuşuq. Fəxri adlar almış şəxslərin içində əlbəttə ki, çox dəyərli insanlarımız da var. Mən buradan onları da təbrik edirəm.

Şairə Rəbiqə Nazimqızı:

Rəbiqə Nazimqızı

Rəbiqə Nazimqızı

Fəxri adlara ehtiyac olmadığını düşünürəm. O ki qaldı, xalqı təmsil edirlər ya yox, o siyahıda təqdiq elədiyim və eləmədiyim adamlar var. Bununla belə, kor-kor, gör-gör. Biz ha özümüzü öldürsək də ki, Zaurların verilişləri bayağıdır, mənasızdır, intellektin ziyanınadır, zövqün əleyhinədir, camaat baxır. Baxır, danışır, müzakirə edir, efirə zəng edir, qonaq gedir. Bəyəndik-bəyənmədik, bu adamlar populyardılar. Xalq sevirsə, seçirsə, ad da ala bilərlər. Xalq niyə sevir, niyə seçir, düz eləyir, ya yox, bunlr çox ağrılı söhbətlərdir.

Buna da bax: "Yazarlarımız hakimiyyətdən pay almaq növbəsinə durublar"

Yazıçı Mirmehdi Ağaoğlu:

Mirmehdi Ağaoğlu

Mirmehdi Ağaoğlu

Xalq artistinin, xalq yazıçısının və sair bu kim adların sahibinin xalqı təmsil edib-etməməsindən asılı olmayaraq fəxri adların verilməsini lazımsızdır. Bu cür adlar bir tərəfdən dövlət qarşısında asılılıq yaradır, digər tərəfdən istər bizdə, istər dünyanın başqa ölkələrində də təcrübə göstərir ki, bu cür adların verilməsində hakimiyyətin, dövlətin maraqlarına xidmət edən adamlar daha çox nəzərə alınır, qabağa çəkilir. Sənətkar üçün normal mühit yaradılandan sonra ona heç bir fəxri ad gərək deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG