Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:10

Noyabrın 8-dən Azərbaycanda dəri ixracının yüksək gömrük rüsumuna cəlb olunacağı deyilir.

Nazirlər Kabinetinin “Azərbaycanda ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarına bununla bağlı dəyişiklik edildiyi bildirilir. APA-nın xəbərinə görə, dəyişiklikdə məqsəd yerli yüngül sənayenin inkişafıdır.

Buna da bax:​ Dəri ixracına rəmzi rüsum dönəmi sona çatdı

Dəyişikliyə görə, iribuynuzlu mal-qaranın konservləşdirilmiş, lakin aşılanmamış hər 1000 kiloqram dərisinə 500 dollar ixrac gömrük rüsumu alınacaq.

Hər 1000 kiloqram emal edilməmiş qoyun və ya quzu dərilərindən ötrü isə 350 dollar ixrac gömrük rüsumu tətbiq ediləcək.

Qoyun və ya quzu gönündən aşılanmış hər 1000 kiloqram dəri və ya krastdan ötrü də gömrük rüsumu 150 dollar müəyyən edilib.

Buna da bax:​ Azərbaycanda qoyun dərisi... 20 qəpiyədir

Qərar 5 il müddətində qüvvədə olacaq.

Xəbərdə qeyd edilir ki, Azərbaycanda xəz dəri emalı müəssisəsi fəaliyyət göstərmir. Bu səbəbdən indiyədək sahibkarlar xammalı gömrük rüsumu ödəmədən xaricə ixrac edə bilirdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG