Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:35

Fövqəladə Hallar Nazirliyində ( FHN) xərcləri azaltmaq məqsədilə struktur islahatlar aparılacaq.

Prezident İlham Əliyev noyabrın 7-də «Fövqəladə hallarla mübarizə sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında» Fərman imzalayıb.

Sənədin əsas mahiyyəti Fövqəladə Hallar Nazirliyinin iki strukturunun birləşdirilməsindən ibarətdir. Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi və Dövlət Sularda Xilasetmə Xidməti ləğv edilib. Onların bazasında Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti yaradılıb. Yeni xidmətin əsasnaməsi iki ay müddətində hazırlanmalıdır.

Beləliklə, bu birləşdirmə FHN-in bu iki strukturunun xərclərini azaltmağa imkan verəcək.

Bundan başqa, nazirliyin fəaliyyətinin optimallaşdırılması barədə təkliflər prezidentə təqdim edilməlidir.

2006-cı ildə yaradılan FHN-in strukturuna 20-dən çox bölmə, eləcə də regional mərkəzlər daxildir. FHN əməkdaşlarının sayı barədə məlumat açıqlamır.
Azərbaycanda 2016-ci ildən etibarən bir sıra dövlət qurumları ləğv edilib, bəzilərində isə ixtisarlar aparılıb.

İlin əvvəlində 3 dövlət qurumu ləğv edilmişdi. Həmin qurumlar Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK), Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti (DSNX) və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti (MMX) idi. Sözügedən qurumların bazası üzərində Maliyyə Bazarlarına Nəzarət Palatası yaradılıb.

Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti də ləğv edilib.

Bir müddət öncə isə prezidentin başqa bir sərəncamı ilə Mədəniyyət və Turizm Nazirliyinin bütün rayon şöbələri ləğv olunub.

Üstəlik, Təhsil Nazirliyinin rayon şöbələri də ləğv edilərək, regional idarələrlə əvəzlənib.

Müstəqil iqtisadçılar hökumətin bu addımlarını neftin qiymətinin düşməsi nəticəsində ölkənin gəlirlərinin azalması ilə izah edirlər. Onların fikrincə, bütün bunlar ölkədə işsizlərin sayını artırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG