Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:58

Bu il noyabrın 7-nə olan məlumata görə, vergi borcu olduğundan 407 şəxsin ölkədən çıxışı qadağan edilib.

Vergilər Nazirliyinin məlumatına görə, bu şəxslər arasında xarici ölkələrin 5 vətəndaşı da var. Nazirlik vergi ödəyicilərinin borcunun həcmini açıqlamayıb.

Vergi borcuna görə, ölkədən getmə hüququ məhdudlaşdırılan hüquqi şəxslərin sayı isə 684-ə çatıb. Oktyabrın 31-nə olan məlumata görə, bu şəxslərin sayı 655 olub.

Ekspertlərin fikrincə, əslində vergi borcu olanlar bundan dəfələrlə çoxdur. Onların deməsinə görə, sadəcə, nazirlik əsasən xaricə tez-tez gedib-gələnlərə qadağa qoyur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG