Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:39

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi ümumilikdə 16 dəfə pozublar.
Məlumatda qeyd edilir ki, Ermənistanın İcevan rayonunun Vazaşen kəndindən Qazax rayonunun Bala Cəfərli kəndi atəşə tutulub

Bundan başqa, Tərtər, Goranboy, Füzuli və Cəbrayıl rayonlarının işğal altında olan ərazilərindən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin hədəf seçildiyi bildirilib .

Bu il aprelin 2-dən 5-nə kimi Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlarda hər iki tərəf onlarla itki verib. Bundan sonra ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan rəhbərliyinin görüşünü təşkil edib. Bu il mayın 16-da Vyanada keçirilən görüşdən sonra cəbhədə böyük hərbi əməliyyatlar dayanıb. Ancaq yenə tərəflər bir-birini atəşkəs pozuntusunda ittiham edir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG