Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:01

Rusiya rəsmiləri Türkiyəylə hərbi əməkdaşlığın bərpa edildiyini elan edirlər. 2016-cı ilin sonuna hökumətlərarası komissiyaların görüşü nəzərdə tutulub. Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin rəisi Aleksandr Fomin deyib ki, görüşdə Rusiyada hazırlanmış havadan müdafiə sistemlərinin Türkiyəyə göndərilməsi məsələsinə baxılacaq.

Hazırda görüşün keçiriləcəyi yer və tarixi müəyyən etmək istiqamətində danışıqlar gedir.

Noyabrın 1-də Türkiyə Silahlı Qüvvələrinin baş qərargah rəisi general Hulusi Akar Moskvada olub. Türkiyə generalın rus həmkarıyla Suriyada əməkdaşlıq və digər mühüm məsələləri müzakirə etdiyini bildirir.

Hazırda Ankara NATO-dakı müttəfiqlərinin qınağıyla üz-üzədir. NATO ölkələri Türkiyə prezidenti R.T.Erdoğan-ı siyasi rəqiblərini basqıya məruz qoyduğuna görə tənqid edirlər.

Şərhləri göstər

XS
SM
MD
LG