Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:15

İraqın kürd silahlı qüvvələri Mosulun şimal-şərqindəki Başiqa şəhərini ələ keçiriblər. 2 ildir İŞİD-in əlində olan bu şəhər əsas döyüş cəbhəsinə çevrilmişdi. Noyabrın 7-də Başiqaya 2 minə yaxın peşmərgə döyüşçüsü girib. Onlar şəhərdə hələ 100-ə qədər yaraqlının olduğunu, İŞİD intiharçılarının avtomobilləri partlatmaqla müqavimət göstərdiyini deyirlər.

Noyabrın 7-də isə əsgərlər Mosulun cənubundakı Hamam əl-Alil şəhərini tutublar. Şəhərdəki kollecin yaxınlığında kütləvi məzarlıq tapılıb. Məzarlıqda 100-ə yaxın başsız meyit aşkar edilib. Əsgərlərin dediyinə görə, meyitlər və paltarları çürüdüyündən öldürülənlərin əsgər, yaxud adi əhalidən olduğunu anlamaq çətindir.

Hamam əl-Alil şəhərinin ələ keçirilməsi Mosula doğru cənub yolunu açıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG