Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:02

ABŞ prezidentliyinə namizəd Donald Trampa seçkiqabağı özbaşına Tvitterdə yazmaq qadağan edilib.

“New York Times” yazır ki, bunu onun köməkçiləri edib.

Qəzetin yazdığına görə, bu onun vaxtaşırı siyasi rəqiblərinin ünvanına kəskin sözlər yazması ilə bağlıdır.

“New York Times” oktyabrın sonlarında Trampın seçkiqabağı kompaniyalar dövründə təhqir elədiyi şəxslərin tam siyahısını yayıb.

Siyahıda Demokrat partiyasından prezidentliyə namizəd Hillari Clintondan tutmuş televiziya reklamınadək təxminən 300 bənd var.

Noyabrın 8-də ABŞ-da keçiriləcək prezident seçkisində respublikaçı Donald Trumpla demokrat Hillary Clinton mübarizə aparacaq.

Şərhləri göstər

XS
SM
MD
LG