Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:31

ABŞ-da respublikaçılar partiyasında prezidentliyə namizəd Donald Trumpın cangüdənləri onu səhnədən uzaqlaşdırmalı olublar.

İnsident şənbə günü namizəd Neveda ştatında çıxış edərkən baş verib.

Buna səbəb səhnəyə yaxınlaşan 1 nəfərin Tramp əleyhinə plakat çıxarmaq istəməsi olub.

Təhlükəsizlik xidmətinin əməkdaşları dərhal Trampı səhnədən uzaqlaşdırıblar və çıxış dayanıb.

Zala daxil olan xüsusi təyinatlı qüvvələr həmin şəxsi dərhal götürüblər.

O, keçmiş respublikaçı və ilk günlərdən Trampa qarşı olduğunu, buna görə etiraz plakatı çıxarmaq istədiyini deyib.

Bundan sonra yenidən səhnəyə dönən Tramp cangüdənlərinə təşəkkür bildirib.

Son rəy sorğularına görə Tramp reytinqə görə Demokrat partiyasından rəqibi Hillary Clintondan geri qalır.

ABŞ-da növbəti prezident seçkisi noyabrın 8-də keçiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG