Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:25

BMT Əfqanıstanda əhalinin ölümünə səbəb olan ABŞ hava əməliyyatlarıyla bağlı araşdırma apardığını bildirib.

Əfqanıstandakı BMT Yardım Missiyasının (UNAMA) məlumatına görə, keçən həftə təkcə Kunduz bölgəsində hava hücumları zamanı çoxu qadın və uşaqlar olmaqla, 32 nəfər ölüb. Ümumilikdə son bir həftədə Əfqanıstanda hava hücumları nəticəsində 95 nəfər həlak olub, 100-dən çox adam yaralanıb.

«Əhali arasında itki yolverilməzdir və Əfqanıstanda sülh, stabilliyin bərpası uğrunda cəhdləri alt-üst edir», -BMT baş katibinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tadamichi Yamamoto belə deyib.

ABŞ hərbçiləri hava əməliyyatlarının əhali arasında itkiyə səbəb olduğunu etiraf ediblər. Əfqanıstandakı ABŞ ordusunun baş komandanı general John Nicholson günahsız insanların ölümündən təəssüfləndiyini deyib və məsələnin araşdırılacağına söz verib.

XS
SM
MD
LG