Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:33

Federal Tədqiqat Bürosu (FBI) Hillary Clinton-a qarşı heç bir ittiham irəli sürülmədiyini təsdiqləyib. Oktyabrın 28-də FBI demokratların namizədi Clinton-un dövlət katibi olduğu zamanlarda şəxsi e-mail-indən istifadə etməsiylə bağlı yeni sənədlərin üzə çıxdığını bildirmiş, bu da səsverməyə bir neçə gün qalmış Clinton-un reytinqinin düşməsinə səbəb olmuşdu. Noyabrın 6-da FBI-ın direktoru James Comey Konqresə bildirib ki, yeni sənədlər heç nəyi dəyişməyib, agentliyin Clinton-la bağlı rəyi olduğu kimi qalır.

Bu xəbər Clinton-un sorğularda Trump-ı yenə bir qədər üstələməsinə səbəb olub.

Respublikaçıların namizədi Donald Trump e-mail-lərlə bağlı xəbərlərdən çıxış edərək Clinton-u pisləyir, gizli məlumatları qorumadığına görə onun məsuliyyətə cəlb olunmalı olduğunu deyirdi.

ABŞ-da prezident seçkisi sabah, noyabrın 8-də olacaq. Dünən Clinton Nevada və Miçiqan ştatlarında seçiciləriylə görüşüb. Onun seçki strategiyasının rəhbəri John Podesta deyib ki, Clinton bu iki ştatda üstünlüyü ələ ala bilsə, mütləq seçiləcək. J.Podesta dünənki çıxışında həm də Trump-ı Rusiyanın xarici siyasətini qəbul etməkdə günahlandırıb.

Donald Trump isə təbliğat kampaniyasının son günlərini Florida, Şimali Karolina, Ohayo, Minnesota və Pensilvaniya ştatlarında seçiciləriylə görüşlərdə keçirib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG