Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:57

Cəlil Məmmədquluzadənin hekayələri gürcü dilinə tərcümə edilib


Cəlil Məmmədquluzadə

Cəlil Məmmədquluzadə

Noyabrın 5-də Şota Rustaveli adına Gürcüstan Ədəbiyyat İnstitutunda Cəlil Məmmədquluzadənin əsərlərindən ibarət “Poçt qutusu” kitabının təqdimatı olub.

Kitaba yazıçının gürcü dilinə tərcümə olunmuş 13 hekayəsi daxildir. Kitabın tərtibçisi və hekayələrin tərcüməçisi Gürcüstanın ədəbiyyatşünas-tədqiqatçısı, tərcüməçi Almaz Mirzəoğludur.

AzərTAC-ın məlumatına görə, mərasimdə Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndələri, iki ölkənin yazıçılar birliklərinin üzvləri, elm, ictimaiyyət xadimləri iştirak ediblər.

Tədbirdə çıxış edənlər bu kitabın Azərbaycan və gürcü xalqları arasında mədəni, elmi əlaqələrin inkişafına daha bir töhfə olduğunu qeyd ediblər.

Azərbaycanlı yazıçı, dramaturq, jurnalist, ictimai xadim Cəlil Məmmədquluzadə məşhur “Molla Nəsrəddin” ədəbi məktəbinin banisidir. 1903-cü ildən Tbilisidə nəşr edilən “Şərqi-Rus” qəzetinin redaksiyasında çalışıb. “Poçt qutusu” adlı ilk mətbu əsəri ilk dəfə bu qəzetdə dərc edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG