Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:04

Türk yazıçı Avropanı qınayır: 'Türkiyədəki totalitar rejim bütün Avropanı sarsıdacaq'


Türkiyədə polis basqını ilə 10 əməkdaşı həbs olunmuş "Cumhuriyet" qəzetinin redaksiyası.
Türkiyədə polis basqını ilə 10 əməkdaşı həbs olunmuş "Cumhuriyet" qəzetinin redaksiyası.

-

Türkiyədə həbsdə olan yazıçı Aslı Erdoğan son günlər Türkiyədə mətbuat və yazı adamlarına olan hücumlarla bağlı dünya ictimaiyyətinə ünvanlanmış məktub yazıb. O məktbunda ölkədəki demokratiya böhranının acısını jurnalistlərin və yazıçıların çəkdiyini qeyd edir, “Cumhuriyet” qəzetinə hücumları kritik hal kimi qeyd edib.

Türk yazıçısı Aslı Erdoğan.
Türk yazıçısı Aslı Erdoğan.

Aslı Erdoğanın DW saytında yayımlanan ingiliscə məktubunda deyilir ki, “Cumhuriyet” qəzetinə hücumdan sonra onun 10-a yaxın jurnalisti həbsə aparılıb və Almaniyada yaşayan redaktorlarından biri Can Dündarla daha dörd nəfər də polis tərəfindən axtarılır. Yazıçı bütün bunları Türkiyədə hökümətin hər hansı bir qanuna hörmət göstərmədən etdiyini açıqca göstərdiyini deyir. “Hal-hazırda 130-dan çox jurnalist həbsdədir ki bu dünya rekordudur. İki ayın içində 170 qəzet, jurnal və Teleradio qapadılıb. İndiki hökümətimiz “gerçəyi” və “doğrunu” monopoliyaya almaq istəyir, ölkə rəhbərliyinin düşüncəsindən azca fərqli olan düşüncə tərzi zorakılıqla susdurulur: Polis zorakılığı, günlərlə və gecələrlə (30 günə qədər) həbs...” – deyə Aslı Erdoğan məktubunda bildirir.

Buna da bax: Məhkəmə 'Cumhuriyet'çilər barədə həbs qərarı verdi

Məktubunda özünün və onunla birgə həbs olunan dilçi, tərcüməçi yazar Necmiye Alpayın heç bir tutarlı səbəb göstərilmədən həbsdə saxlanıldığını və hələ də məhkəməyə çıxarılmadığını qeyd edən yazıçı məktubunun sonunda deyir ki: “Bu təcili çağırışdır! Vəziyyət çox ciddi, qorxulu və həddən ziyadə narahatlıq vericidir. Türkiyədəki totalitar rejim əvvəl-axır bütün Avropanı sarsıdacağına inanıram. Başı “mühacir böhranına” qarşımış Avropanın Türkiyədəki demokratiyanın itirilməsinə göz yumduğu görünür. Hal-hazırda biz yazıçılar, jurnalislər, kürdlər, türklər, alevilər və təbii ki qadınlar- “demokratiya böhranı”nın acısını çəkməkdəyik”.

Xatırladaq ki, jurnalist və yazıçı Aslı Erdoğan kürdyönümlü "Özgür Gündem" qəzetində çalışıb və Türkiyədə 15 iyul uğursuz dövlət çevrilişindən az sonra həbs olunub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG