Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:03

Gənc Papanın həyatından bəhs edən qalmaqallı film gəlir


Jude Law "Gənc Papa" filmində.
Jude Law "Gənc Papa" filmində.

-

HBO və italya kanalı olan Sky Atlantikdə “Gənc Papa” serialının göstərilməsinə başlandı. Filmin ssenari müəllifi və rejissoru “Möhtəşəm gözəllik” və “Gənclik” kimi filmlərin müəllifi, tanınmış italyan rejissoru Paolo Sorrentinodur.

Buna da bax: Soyuq cazibəli ingilis - Jude Law

Çoxseriyalı film kimi nəzərdə tutulan “Gənc papa”nın birinci seriyası Venesiya film festivalında göstərilib və olduqca müsbət təəssürat yaradıb. 8 seriyadan ibarət olacaq filmdə baş rolu ingilis aktyoru Jude Law oynayır, filmdə Jude Lawla birlikdə Diane KeatonLudivine Sagnie kimi məşhur aktyorlar da var.

Jude Law "Gənc Papa" filmində, 2016.
Jude Law "Gənc Papa" filmində, 2016.

Film Vatikanda köhnə papanın ölümü və yeni papa seçimi ilə başlayır. Bütün kardinallar ən az gözlənilən adamın amerikalı 47 yaşlı Lenni Belardonun seçilməsindən şoka düşür. Çünki, Lenni papalığa ən zəif namizəd olur. Hələ bir o başqa qitədən gəlib və qoca kardinallar arasında hələ dünadan xəbəri olmayan uşaq kimidir. Hakimiyyət başına gələn kimi Lenni adını dəyişdirib XIII Piy qoydurur və Amerikadakı uşaq evindən öz tərbiyəçisi Meri bacını gətirtdirərək özünə köməkçi seçir. Bir sözlə yeni papa özünü narahat aparır, çox siqaret çəkir, Tanrıya elə də bağlı olmadığı görünür və ümumiyyətlə Papalıq yaranandan bəri görünməmiş bir papa ortaya çıxır.

İtalyanın yaşayan ən böyük rejissoru olan Paolo Sorrentinonun HBO kanalı üçün xəyali papa obrazı haqda film çəkəcəyi haqda məlumatlar iki il öncədən yayılmışdı və film ekrana çıxmazdan öncə böyük maraq oyatmışdı. Cəmi 46 yaşı olan rejissor bundan öncə “Valehedici” adlı siyasi trillerin, “Gənclik” və “Möhtəşəm gözəllik” kimi filmlərin müəllifi olub. Həmin filmlər dünyada bir çox festivallarda yerlər tutub, ən yaxşı filmlər siyahısına düşüb. Qeyri-ənənəvi papa obrazı haqqında film çəkmək ideyası isə Sorrentinonun ağlına yeni Papa Francisdən sonra gəlib. Belə ki, indiki Papa Francis Vatikanın mühafizəkar qaydaları fonunda böyük liberal kimi ortaya çıxıb. O Vatikan tarixində ilk dəfə olaraq nigahdankənar uşaqların xaça salınması ilə bağlı əmr verib və boşanma günahı analyışını ləğv edib. Papa Francisin ən maraqlı keyfiyyətiisə iyirmi ildən çoxdur ki, televizora baxmamasıdır. O bu haqda Bakirə Məryəmin hüzurunda söz verdiyini deyib.

Buna da bax: Fellini bu filmiylə dünyaya səs salmışdı - bir obrazın tarixçəsi

Tənqidçilər “Gənc Papa” flminin elə ilk seriyasından cəsarətlə Vatikandakı alkoqolikləri, pedofiləri, homoseksualları və sadəcə düzgün olmayan insanları da əks etdirə bildiyini deyirlər. Heç şübhəsiz filmin Vatikanda böyük etirazlar doğuracağı əvvəldən gözlənilir.

Paolo Sorrentinonun çəkdiyi "Gənc Papa" filminin treyleri.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG