Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:29

 'İndiki halda yalnız bir çıxış yolu var...'


Hərbi parad, Bakı 26 iyun 2013
Hərbi parad, Bakı 26 iyun 2013

Azərbaycanda ordu quruculuğu, manatın ucuzlaşması, ölkədə yoxsulluq səviyyəsi, bank sisteminin indiki durumu bu günkü medianın aparıcı mövzusudur.

“İlham Əliyev erməni xalqı qarşısında iki seçim qoyub...”

“Azərbaycan” qəzeti " İlham Əliyev Ermənistanın hərbi-siyasi təcridi prosesini uğurla yekunlaşdırır” sərlövhəli məqalədə Ermənistanı beynəlxalq layihələrdən kənar saxlanılmasını müzakirə edir.

Müəllif Azərbaycanın başladığı təlimlərə 60 mindən artıq şəxsi heyətin, 50-dən çox təyyarə və helikopterin, 150-dən artıq tank və zirehli texnika, eləcə də raket və artilleriya qoşunlarının 700-dək sistemi cəlb edilidyini yazaraq bunu Azərbaycan tərəfin üstünlüyü kimi dəyərləndirir.

Buna da bax: Kim güclüdü - Azərbaycan, yoxsa Ermənistan ordusu?

Yazıda vurğulanır ki, ordunun hərbi arsenalı tamamilə dəyişdirilib:

“Mühüm faktlardan biri də odur ki, prezident İlham Əliyev Azərbaycanın hərbi sistemini başdan-başa müsbətə doğru dəyişdirib, apardığı islahatlarla daha effektiv ordu formalaşdırıb”.

Bunula yanaşı, müəllif hələ ki, danışıqlar vasitəsilə problemin həlli variantının mümkünlüyünün qaldığını deyir və bunun üçün lazım olan şərtləri sadalayır:

“İlham Əliyev erməni xalqı qarşısında iki seçim müəyyənləşdirib: ya sülhlə razılaşıb dövlətçiliyi xilas etməli, yaxud Sarkisyanın ardınca gedərək tam iflas və tənəzzüllə barışmalı!”

“Dolları ram etmək mümkün deyil”

Foto: arxiv
Foto: arxiv

“Azadlıqinfo” saytı“Dolları ram etmək mümkün deyil” sərlövhəli məqaləsində son zamanlar dolların kəskin bahalaşması səbəblərini ekspertlərlə araşdırır.

Müəllif diqqəti Maliyyə Bazarlarına Nəzarət Palatası-nın (MBNP) valyutanın bahalaşmasında möhtəkirliyin əsas rol oynaması haqda sonbəyanatına çəkir.

Ekspert Samir Əliyev sayta deyir ki, manatın hələ də bazarda real dəyərini almaması belə bir problem yaşadır və manat real olaraq üzən məzənnəyə keçsə, o zaman milli valyuta dollar qarşısında xeyli aşağı düşər:

«Manat real dəyərini almadığına görə dünyada baş verən proseslərin manata elə bir təsiri yoxdur. Ona görədir ki, dünyada dollar ucuzlaşanda Azərbaycanda bahalaşır və ya tərsinə”.

Buna da bax: İlham Əliyev: «Bəlkə bir az yavaşlayaq?»

Ekspertin sözlərinə görə, bunun bir səbəbi budur ki, manat birdən-birə sərbəst buraxılsa kəskin məzənnə dəyişikliyi baş verə bilər. Samir Əliyev hesab edir ki, bu, ölkədə çox böyük gərginlik yarada bilər:

“İki devalvasiyadan sonra yaranan fəsadlar hələ də aradan qaldırılmayıb. Mərkəzi Bank pul kütləsini məhdudlaşdırır ki, bazara əlavə maliyyə vəsaiti girməsin və ya büdcənin yarısı məhdudlaşdırılıb. Neft Fondu büdcəyə transfer etməli olduğu vəsaiti 58 faiz icra edib. Bu addımlar hesabına bu gün məzənnəni saxlayırlar. Eyni zamanda idxalın da məhdudlaşdırılması istiqamətində addımlar atılıb”.

“Yoxsulluq 5 yox, 20 faiz həddindədir”

Foto: arxiv
Foto: arxiv

“Exo” qəzetində dərc edilən “Müstəqil dəyərləndirmə: Azərbaycanda yoxsulluğun səviyyəsi 5 yox, 20 faizdir” sərlövhəli məqalədə ölkənin iqtisadi durumu şərh olunur.

“Azərbaycanda yoxsulluq həddi anlayışı nisbi xarakter daşıyır, belə ki, qanunvericilikdə ehtiyaclılıq meyarı anlayışı yoxdur. Hazırda yoxsulluq həddi minimal istehlak səbətinin dəyəri ilə müəyyən edilir ki, buna da yenidən baxılmalıdır, çünki, bu gerçəkliyə uyğun deyil”. Bunu qəzetə eskpert Oktay Haqverdiyev deyib.

Buna da bax: Əhalinin cəmi 5 faizində “yoxsulluğun buynuzu” varsa...

Onun fikrincə, istehlak səbəti səbəti düzgün dəyərləndirilmir, burada ərzaq mallarının qiyməti bazar qiymətlərindən açağı hesablanır:

“Qanunvericiliyə əsasən ölkədə yoxsulluq həddi tövsiyyə edilə kalorini ala bilmək üçün lazım olan ərzaqdan ibarət minimum istehlak səbətlə müəyyən edilir. Bu il bu ölkə üzrə 136 manatdır, işləyən əhali üçün 146,pensiyaçılar üçün 115, uşaqlar üçün 117 manat müəyyən edilib. Bu məbləğ sadəcə yaşamağa və ölməməyə hesablanıb”.

“Bütün kreditlərinin 60 faizi problemli olan bank sistemi”

“Novaya Vremya” qəzeti isə “Nəzarət üzrə Palatadan xəbərdarlıq” sərlövhəli

məqalədə dolların bahalaşması fonunda problemli kreditlərin taleyi məsələsi müzakirə edir.

Azərbaycan, Mərkəzi Bank
Azərbaycan, Mərkəzi Bank

Müəllifə görə, ölkənin bank sistemində kifayət qədər ciddi problemlər var və onları birdəfəyə həll etmək mümkün deyil. Yazıda vurğulanır ki, Mərkəzi Bank, Maliyyə nazriliyi, Palata bu məsələni birgə həll etməlidir:

“Hazırda belə bir koordinasiya müşahidə olunmur, hər kəs öz oyununu oynayır, nəticədə isə durum daha da pisləşir”.

Məqalədə göstərilir ki, belə bir fonda “qara bazar” da əl-qol açarsa bu bütün bank sistemini məhv edə bilər və o zaman ümumiyyətlə bank sisteminin sağlamlaşdırılmaısndan danışmağadəyməz:

“Banklar öz kredit siyasətləri ilə özlərini küncə sıxışdırıblar. Hətta bu məsələdə devalvasiya olmasını da əsas gətirmək olmaz. Problemli kreditlər hələ devalvasiyadan çox əvvəl özünü göstərmişdi. Birinci devalvasiya yalnız dollarla kredit götürənlə zərbə idi. İkinci devalvasiya artıq bütün kredit götürənlərə zərbə oldu”.

Yazı müəllifi qeyd edir ki, indiki halda bank sektorunun özünü belə xilas etmək mümkün deyil: “Bir çıxış yolu qalır: siyasi, iqtisadi və məhkəmə islahatları, qeyri-neft sektorunun inkişafı, inhisardan imtina və korrupsiyaya qarşı mübarizə. Ancaq bu halda manatın məzənnəsini sabitləşdirmək olar”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG