Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:51

İsrailli yazıçının fələstinli həmkarına təklif etdiyi maraqlı sülh planı


Etgar Keret

Etgar Keret

-

"Mən israilli, ərəb mənşəlli yazıçı Sayed Kashua ilə məktublaşıram. O məndən soruşur ki, “Sən necə bir həll yolu təklif edirsən?” Mənsə deyirəm ki, “Mənim təklif etdiyim həll yolu "üç dövlət həllidir": İsrail dövləti, Fələstin dövləti və bu regionda bir-biri ilə vuruşmaq istəyənlərin dövləti”.

İsrailin müasir ədəbiyyatının bəlkə də ən dünyada ən tanınmış yazıçısı Etgar Kereti öz vətənində elə də sevmirlər. Çünki, o tez-tez İsrail hökümətini tənqid edir və İsrail-Fələstin münaqişəsinin sülh yoluyla həll olunması üçün kifayət qədər səy göstərməməkdə ittiham edir. Yazıçı bu günlərdə Almaniyaya gəlib və burda Alman-İsrail ədəi görüşlərində iştirak edib. Oxu Zalı Etgar Keretin Avropada baş almış millətçilik, yaxın şərqdəki dini münaqişələr və İsrail-Fələstin münaqişəsi haqda alman mətbuatına müsahibəsini təqdim edir.

- Bu ilin əvvəllərində sizin növbəti kitabınız “Yeddi yaxşı il” Almaniyada çıxıb. Kitab əhəmiyyətli dərəcədə şəxsi həyatınızdan bəhs edir, ata və oğul kimi həyatda rolunuzu anlatır. Kitab terror aktından sonra oğlunuzun dünyaya gəlməsi ilə başlayıb atasınızın dünyadan köçməsi ilə bitir. Bu kitab birinci dəfə yəhudi dilində deyil, başqa dildə çıxdı. Bəs sizcə insanalar yazdıqlarınızın həddən artıq özəl şeylər olduğunu düşünməzmi?

Etgar Keretin "Yeddi yaxşı il" kitabı.

Etgar Keretin "Yeddi yaxşı il" kitabı.

- Kitabın ilk dəfə türkcə çıxdı. Onun ivritcə çap olunmamasının bir neçə səbəbi vardı, ancaq birincisi oğlumun bunu istəməməsi oldu. Oğlum dedi ki, tanıdığı adamların onun haqda çox şeylərdən xəbərdar olmasını istəmir.

Arvadım rejissordur və uşaq kitabları yazan məşhur yazıçının qızıdır. Arvadım da dedi ki, uşaqlıqda insanların ona yaxınlaşıb, hələ də yaşım pijamanı geyinib geyinməməsi ilə bağlı sorğu-sual eləməsi onu bezdirib. Çünki, onun da atası tez-tez əsərlərində qızından yazarmış.

Kitabımı çap etməzdən əvvəl oğlumdan soruşdum ki, mənim kitabım ona problem yaradacaqmı, o da yaradacağını dedi. Onda mən kitabımı başqa ölkədə çap edib-edə bilməyəcəyimi soruşdum, o isə başqa ölkələri tanımadığını və İsraildən başqa harada istəsəm kitabımı çap etdirə biləcəyimi dedi.

Buna da bax: Zeruya Shalev: Qadın və kişi arasındakı müharibələr mənə daha maraqlıdır...

- Kitabınızın ilk tərcümələrindən biri farscaya olub. Kitabınızın İranda qeyri-qanuni yolla çap olunduğu doğrudurmu?

Tez-tez deyirəm ki, kitab oxumaq insanlığın ən zəif əzələlərindən biri olan empatiya əzələlərini məşq etdirir.

- Kitab İranda deyil Əfqanıstanda, farsca çap olunub. Adətən İranda qadağan edilən kitablar Əfqanıstanda çap olunandan sonra, gizlincə bəzi nəşriyyatlar tərəfindən İrana da aparılır. Bu işdə öz rolum olmayıb, ancaq kitabımın çap olunduğunu eşidəndə əlbəttə ki, sevindim. Bu ədəbiyyatın mədəniyyətlərarası münasibətlərdə nə qədər önəmli olduğunu göstərir.

Tez-tez deyirəm ki, kitab oxumaq insanlığın ən zəif əzələlərindən biri olan empatiya əzələlərini məşq etdirir. Fərqli cəmiyyətlərdə yaşayan biri haqqında oxuyandan o vəziyyətdəki insanlardan nələrsə sənin təbiətində özünə yer tutur. Mən Fələstin şairini oxuyarkən İsrail-Fələstin münaqişəsini deyil, fələstinliləin ağrıları, əzabları haqda düşünürəm. Məncə sənətin təbiətində həyatın çoxlu mənalarını açmağa yardımçı olan şeylər var. Gerçək həyatda biz bir insanın dostumuz yoxsa düşmənimiz olduğu haqda bilməyə çalışırıq, ancaq sənət bizə insanlar və əşyalar haqda bir çox tərəfləri ilə mühakimə yürütməyə kömək edir.

Buna da bax: Məşhur yazıçı: “Məktəbi bitirən kimi ölüxanaya işə düzəldim”

- Siz Berlində Alman-İsrail ədəbi görüşlərində iştirak edirsiniz. “Yeddi yaxşı il” kitabına daxil olan hekayələrin birində Polşaya səfərinizdən bəhs edərkən Şərqi Avropaya gələrkən həmişə özünüzü daha çox yəhudi hiss etdiyinizi yazmısınız. Bəs Almaniyada özünüzü nə qədər yəhudi hiss edirsiniz?

Etgar Keret yazı masasında.

Etgar Keret yazı masasında.

- Mənim daxilimdə çox həssas anti-semitizm, yaxud rasizm seyismoqrafı var. Arvadım deyir ki, hara gediriksə gedək mənim divarlarda svastika qraffiti tapmağıma cəmi 5-cə dəqiqə bəs edir. Ancaq deməliyəm ki, Berlin şəhəri və Almaniya dövləti mən ən çox liberalla və ən az irqçilərlə qarşılaşdığım yerdir. Düşünürəm ki, bu Almaniyanın dəhşətli keçmişinin kölgəsidir və ölkə buna görə müəyyən cavabdehlik hissi keçirir.

Ədalət, liberallıq və açıq düşüncəli cəmiyyət haqda danışarkən mən Almaniyanı yaxud ABŞ-ı, yadud Avropanın digər ölkələrini misal göstərə bilərəm. Ancaq bununla belə bu ölkələrdə faşizmin olmadığını deyə bilmərəm. Sadəcə Almaniyada faşizm sözü həmişə dərhal ölkənin keçmişindəki nasistlərlə assosasiya olunur. İnsanlarda bu assosasiya çox güclü olduğundaun onlar bu məsələdə daha diqqətli və hazırlıqlı olmağa çalışırlar.

- Avropada yaxud Türkiyədə ifrat sağçı tendensiyanın yayılmasından narahat olursunuzmu?

Facebook kimi sosial medialar da bir növ təhlükədir. Orda heç bir qayda-qanun yoxdur. Orda konspirasiya, böhtan və ksenofobik yalanlar yaymaq çox asandır.

- Əgər Almaniyayla Türkiyəni müqaisə etsək, görərik ki, Türkiyə və onun rəhbərliyi “Erməni soyqırımını” qəbul etməmək üçün əllərindən gələni edirlər, ancaq Almaniya bunu kütləvi qırğın faktı kimi qəbul edib. Fikrimcə dünya ümumilikdə daha çox millətçi, daha çox populist, daha az liberallığa doğru yuvarlanmaqdadır.

Söz azadlığı dünyaya yayılmış belə rejimlərin varlığını təhlükə altına qoyduğu üçün rejimlər onları qadağan edir. Bunu Türkiyədə müşahidə etmək olar. Həmçinin bunun bəzi işartılarını İsraildə də görə bilərsiniz. Ancaq Facebook kimi sosial medialar da bir növ təhlükədir. Orda heç bir qayda-qanun yoxdur. Orda konspirasiya, böhtan və ksenofobik yalanlar yaymaq çox asandır.

Ümumiyyətlə dünya özü təhlükədədir. Bunu ABŞ-da seçkilər zamanı Trumpun nitqlərindən yüksələn fikirlərdən görmək olar. Yaxud da İsrailin baş naziri Natanyahunun danışıqlarına fikir verərkən elə bilirsən bu məsuliyyət daşıyan bir lider deyil, hansısa realiti-şounun iştirakçısıdır.

Buna da bax: İsraildə Azərbaycan yazıçısı ilə görüş - Video

- İsrail-Fələstin münasibətləri haqda nə düşünürsünüz? Sizcə iki xalq arasındakı problemin həlli varmı?

- Mən israilli, ərəb mənşəlli yazıçı Sayed Kashua ilə məktublaşıram. O məndən soruşur ki, “Sən necə bir həll yolu təklif edirsən?” Mənsə deyirəm ki, “Mənim təklif etdiyim həll yolu "üç dövlət" həllidir: İsrail dövləti, Fələstin dövləti və bu regionda bir-biri ilə vuruşmaq istəyənlərin dövləti”. Qoy fələstinlilərin torpaqlarında məskunlaşanlarla Həmasın öz dövlətləri olsun, bizsə öz dövlətimizdə rahat yaşayaq.

Əgər keçmişdə toqquşmalar milli zəmində baş verirdisə, indi artıq dini sferaya keçib. Bunu Suriyada, İraqda ya da Livanda görmək olar ki, mübarizə get-gedə fərqli millətlər arasında deyil, sünni və şiələr arasında aparılır.

Bəziləri nikbin ideologiyanın tərəfdarıdır, ancaq mən gələcəklə bağlı nikbin deyilən, uşaqlarımı baş nazirin sözlərinə inanaraq böyüdə bilmərəm. Baş nazir həmişə deyir ki, hər şey yaxşıdır, ancaq hər 3-5 ildən bir yeni müharibə başlayır, heç kim özünü təhlükəsizlikdə hiss etmir və fələstinlilərin də azadlığı əllərindən alınır.

Əgər keçmişdə toqquşmalar milli zəmində baş verirdisə, indi artıq dini sferaya keçib. Bunu Suriyada, İraqda ya da Livanda görmək olar ki, mübarizə get-gedə fərqli millətlər arasında deyil, sünni və şiələr arasında aparılır. Dünya dəyişir. Millətçilik köhnəlir, lazımsız olur. Bu gün dünyada Apple və Google kimi bütöv ölkələrdən daha güclü şirkətlər var, onlar ölkələrin hüdudlarını aşırlar. Artıq insanlar yeni gerçəkliklər şəraitində özlərini köhnə strukturun parçaları kimi aparmaq istəmirlər.

İraillilərlə Fələstinlilər birlikdə Yerusəlim gününü qeyd edir.

İraillilərlə Fələstinlilər birlikdə Yerusəlim gününü qeyd edir.

Dünyada olan bütün bu dəyişikliklər tamamilə gözlənilməzdir. Ən pisi onlar bizi qorxuda bilər, ən yaxşısı heyrətə salar. İnanıram ki, indiki vəziyyətdə İsrailin başında sülhsevər bir hökümət olsa bizim ölkəmizin yeni şansları ortaya çıxır, çünki köhnə qaydalar dəyişməkdədir və bu dəyişikliklər İsrailə də gəlib toxunur. Əgər keçmişdə hər kəs İsrail-Fələstin münaqişəsindən danışırdısa, indi İsrail-Fələstin münaqişəsi Suriyada “İslam Dövləti”nin qırğınlarının yanında ikinci plana keçir.

Bizim ölkəkin baş naziri bu hadisələri mühüm hesab etmir və heçə sayır. O baş verən dəyişikliklərlə Ərəb dünyasını qorxutmağa çalışır. Ancaq mən inanırm ki, indiki şərait illərlə davam edən ətaləti aradan qaldırmaq imkanlarını ortaya çıxarıb. Tarixən İsrail-Fələstin münaqişəsi bir növ Qərb dünyası ilə başqa dünyanın mübarizəsi idi, ancaq indiki vəziyyətdə artıq münaqişə o keyfiyyətini itirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG