Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:22

Tarantino iki film də çəkib təqaüdə çıxacağını deyir


Amerikalı rejissor Quentin Tarantino.
Amerikalı rejissor Quentin Tarantino.

-

Məşhur amerikan rejissoru, "Kriminal qiraət" və "Quduz köpəklər" kimi filmlərin rejissoru Quentin Tarantino təqaüdə çıxmaq bağlı özünə qoyduğu ciddi şərtini elan edib. Ancaq bundan öncə o hələ iki film də çəkəcəyini deyir.

Hollywood Reporterin xəbərinə görə, bu haqda o çərşənbə günü San Dieogoda çıxışı zamanı açıqlayıb.

Rejissorun sözlərinə görə o bu qərarını 2012-ci ildə verib və təqaüdə çıxandan sonra roman yazmaq, teatrda çalışmaq istəyir. Ancaq o təqaüdə çıxmazdan öncə heç olmasa 12 filmin rejissoru olmaq istəyir. 2015-ci ilin yanvar ayında 10-cu filmi "Mənfur səkkizli"yi təqdim edən rejissor hələ kariyerasını sona vurmaq üçün iki film daha çəkəcəyini deyib.

Buna da bax: Tarantinonun sevimli filmləri - SİYAHI

"İstərdim kariyeramı başa vuranda yaşamış ən böyük rejissor kimi başa vura biləcəyim işlərim olsun, həmçinin təkcə böyük rejissor deyil, həm də böyük sənət adamı kimi tarixdə qalmaq istəyirəm" - deyə Tarantino San Diegoda baş tutmuş mühazirəsi zamanı bildirib.

Bundan başqa Tarantino son çəkəcəyi filmi haqda ipucu da verib: "Mənim 30-cu illər Avstraliyasından bəhs edən bir film ideyam var. Bu bir növ Bonni və Clyde stilində film olacaq, Avstraliyada yaşayan cinayətkar cütlükdən bəhs edəcək. Necə bir şey alınacağını zaman göstərəcək" - deyə rejissor bildirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG