Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:03

Kadyrov ona inanmayanları döyüşə çağırır


 Ramzan Kadyrov (solda) və rusiyalı boksçu Aleksandr Povetkin

Ramzan Kadyrov (solda) və rusiyalı boksçu Aleksandr Povetkin

Çeçenistan lideri Ramzan Kadyrov İnstagramda onu izləyənləri idmanla məşğul olmağa çağırır.

O yazır ki, “idmanla məşğul olmağım dəbə görə deyil. Mən uşaqlıqdan məşğ edirdim. İdman avadanlığı üçün əIimdə olanlardan istifadə edirdim. Maşın disklərindən ştanq düzəldirdim, boks armudunun yerinə vedrəni daşla doldururdum, əlcəyin içini taxta qırıntıları ilə doldururub, boks əlcəyi düzəldirdim.”

“Bunları niyə yazıram? Kim ki, yazır, məşqlərə şərait yoxdur, rinq, idman zalları yoxdur, qoy onlar bəhanə axtarmasınlar.”

Bu barədə məlumat verən Rusiyanın Vzqlyad qəzeti yazır ki, Kadyrov onunla rinqə çıxanların qəsdən tam qüvvə ilə vuruşmaması kimi tez-tez səslənən tənqidlərə də toxunub.

Kadyrov əvvəlcə məsələyə başqa tərəfdən yanaşır: “Bəs siz nə istəyirsiniz? Mən idmanla məşğulam, dünya çempionatına hazırlaşmıram ki. Mənimlə məşqlərdə döyüşənlər dünya səviyyəsində qələbə qazananlardır. Mənim 40 yaşım var, onların 20-25. Ola bilsin, elə vəziyyətlər var ki, çox dərinə getmirlər, ancaq çalışırlar ki, mən bunu hiss etməyəm. Ancaq istəsələr, çox bərk vura bilərlər. Onlar bunu bacarır”

Ancaq Kadyrov rinqdə kifayət qədr ciddi döyüş getdiyini də yazır: “mən heç vaxt xoşlamamışam ki, kimsə bilə-bilə uduzsun. Mənim dostlarım bunu bilirlər. Ona görə yarı qüvvə ilə vuruşmurlar”

Kadırov inanmayanları rinqdə döyüşə çağırır: “İndi isə mənim təklifim. Kim ki, mənimlə məşq döyüşündə vuruşmaq

istəyir, şəxsən baxmaq istəyir ki, mən necə döyüşürəm, buyursun. Söz xatirinə yox, real iştirak naminə. Hakimlər də olacaq. Baxaq görək, mənə necə qəsdən uduzurlar. Mən uşaqlıqdan küçəni və kvartalı saxlayırdım. Yoxlamaq istəyənlər uşaqlıq dostlarımla danışsınlar. “

Sonda Kadyrov yenə yazır ki, “İdmanı sevin, divanda uzanıb, tənbəlləşməyin. Onda sağlam olacaqsınız və həyata sevinəcəksiniz”.

Bir müddət əvvəl Kadyrovun uşaqlar arasında "qaydasız döyüş" təşkil etməsi, öz oğullarını rinqə çıxarması da tənqid olunmuşdu. Uşaqların orqanizminin belə idman növünə dözmək üçün yetərincə möhkəm olmaması haqda iradlara Çeçenistan lideri sərt reaksiya vermiş, oğlan uşaqlarının "döyüşçü ruhunda böyüdülməsi"ni vacib saymışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG