Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:33

Ermənistan parlamentinin insan haqları və büdcə komissiyalarında İnsan Haqları Müdafiəçisi ofisinin gələn ilə büdcəsi müzakirə olunanda Çiçəklənən Ermənistan Partiyasının parlament fraksiyasının sədri Naira Zohrabian ombudsman Arman Tatoyana sual verib ki, ”bu ilin iyul hadisələri vaxtı bir çoxları nümayişdə yalnız iştirak etmişdi, onları isə həbs etdilər. Həbsdə isə Davidashen polis idarəsində ictimai fəal David Sanasarianı alçaldıblar. Ona deyiblər ki, “əyil, ayaqqabımdan öp”. Bu hadisə ilə bağlı sizin və bizim bəyanatlardan sonra vəziyyət necədir?”

Tatoyan deyib ki, iyulda insanları doğrudan da kifayət qədər əsas olmadan tuturdular. David Sanasarian və digər ictimai fəallara qarşı alçaltmalar barəsində Xüsisi İstintaq Xidməti cinayət işi açıb. Bu barədə hələlik yalnız budur”.

Bunu yazan Aravot qəzeti qeyd edir ki, cavab Zohrabianı qane etməyib. O deyib ki,aradan keçən vaxt məsələni araşdırmağa kifayət idi.

DOTASOYALI YANACAĞI VARLILAR ALIR

Ermənistanın kənd təsərrüfatı naziri İgnatiy Arakelian bildirib ki, aqrar sahəyə ayrılan ucuz və dotasiyalı gübrələr və dizel yanacağı ehtiyacı olan, imkansız fermerlərə yox, böyük torpaq sahiblərinə verilir.

1-ci erməni informasiya kanalının məlumatına görə, nazir deyəndə ki, pozuntular bir qayda olaraq böyük torpaq sahibləri ilə bağlıdır, ona keçmiş baş nazir Ovik Abramianın böyük torpaq sahibləri olan qohumları ilə bağlı sual verilib. Nazir cavabdan yayınıb, bildirib ki, bu hadisələr keçmişdə olub, o izləməyib.

2003-cü ildə Maliyyə nazirliyinin nəzarət xidməti araşdırma aparanda məlum oldu ki, dotasiyalı, ucuz dizel yanacağının çoxunu Ovik Abramianın qardaşı Henrik Abramian alıb.

Abramian qardaşları bunu təkzib də etmədilər, dedilər ki, kimin torpağı çoxdur, yanacağın da çoxu ona çatır. Halbuki hamıya aydındır ki, dotasiyalı yanacaq imkansızlar üçün nəzərdə tutulub.

Həmin hadisə ilə bağlı heç kim cəzalanmadı, Milli Məclis sədri Ovik Abarmian isə çox keçmədən baş nazir oldu.

Günün bütün mövzuları

XS
SM
MD
LG