Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:25

Türkiyənin Diyarbəkr şəhərində törədilən partlayışda azı 8 nəfər ölüb,100-dən çox adam yaralanıb.

Bu barədə noyabrın 4-də baş nazir Binəli Yıldırım məlumat verib.

Onun sözlərinə görə, partlayışı törədn intiharçı da onların arasındadır.

Baş nazir onun qadağan olunmuş PKK təşkilatının üzvü olduğunu bildirib.

Yerli hakimiyyətin versiyasına görə,intiharçı partlayıcı qoyulmuş maşını polis bölməsinin yanında partladıb.

Türkiyə polisi bundan əvvəl, cümə gününə keçən gücə kürdpərəst Xalq Demokrat Partiyasının11 üzvünü saxlayıb.

Partiyanın lideri Səlahəddin Dəmirdaş da onların arasındadır.

Hakimiyyət bu partiyanı PKK ilə əlaqədə ittiham edir.

Diyarbəkrdə əsasən kürdlər yaşayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG